banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Quba Regional Travmatoloji Mərkəzdə daha bir mürəkkəb əməliyyat icra olunub

loader

TƏBİB regionlarda ixtisaslaşdırılmış tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, xəstəxanaların müasir texnoloji avadanlıqlarla təchiz edilməsi və müxtəlif cərrahi əməliyyatların icrası üçün zəruri şəraitin yaradılması istiqamətində tədbirləri davam etdirir.

Quba Regional Travmatoloji Mərkəzdə icra olunan daha bir mürəkkəb əməliyyat uğurla başa çatıb. Mərkəzdə 65 yaşlı pasiyentin sağ baldırının 1/3 arxa səthində damar ayaqcığına (a. suralis, perforant budaqları) əsaslanan dəri grefti köçürülüb. İlk dəfə icra olunan bu əməliyyat müsbət nəticə verib. Sağ baldırın arxa səthində post-travmatik yumşaq toxuma defekti üzrə əməliyyatdan sonra pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilib. Hazırda tibb müəssisəsinin müvafiq şöbəsində müalicəsini davam etdirir.

Qeyd edək ki, Quba Regional Travmatoloji Mərkəzdə bu cür mürəkkəb cərrahi əməliyyatların həyata keçirilməsi üçün hər bir şərait yaradılıb.

Mərkəz Quba rayonu ilə yanaşı, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarının əhalisinə də travmatoloji xidmətlər göstərir. Eyni zamanda mürəkkəb klinik hallarda regionun digər tibb müəssisələrinə konsultativ-diaqnostik yardım göstərilir.

Mərkəzin yaradılmasında əsas məqsəd region əhalisinin ixtisaslaşdırılmış tibbi xidmətə əlçatanlığını təmin etməkdir.

Xatırladaq ki, 20 May - Ümumdünya Travmatoloqlar Günüdür.

loader
loader
loader
loader
loader