Əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən tədbirlərin effektivliyini artırmaq, səhiyyə sisteminin maliyyə dayanıqlığını və vətəndaşların keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti 13 may 2022-ci il tarixində Fərman imzalamışdır. Fərmana əsasən TƏBİB-in fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən və digər 4 üzvdən ibarət Müşahidə Şurası həyata keçirir.
TƏBİB-in Müşahidə Şurasının sədri
- Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi
TƏBİB-in Müşahidə Şurasının üzvləri
- Azərbaycan Respublikası maliyyə nazirinin müavini
- Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
- Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
- Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri