TƏBİB-in və Belarus Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviçin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüş keçirilib.
Görüşdə TƏBİB-in İcraçı direktorunun müavinləri Anar İsrafilov və Araz Nəsirov, Beynəlxalq əlaqələr departamentinin rəhbəri Fidan Mahmudova, İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova, səfirin baş müşaviri Tatyana Zubritskaya iştirak edib.
Görüş zamanı əczaçılıq sənayesi, səhiyyə sistemlərinin rəqəmsallaşdırılması kimi əməkdaşlıq istiqamətləri, transplantologiya, kardiologiya, neyrocərrahiyyə və s. sahələrində çalışan mütəxəssis və həkimlərin təcrübə mübadiləsi, eləcə də tibb müəssisələri ilə əməkdaşlıq, tibb kadrlarının hazırlanması prosesində birgə fəaliyyət istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.
Səfirə səhiyyə sahəsində aparılan islahatlar, Prezident İlham Əliyevin Sərəncam və tapşırıqlarına əsasən tikilib istifadəyə verilən, yenidən qurulan tibb ocaqları, əhalinin sağlamlığının təminatı istiqamətində görülən davamlı işlər, TƏBİB-in fəaliyyəti barədə ətraflı məlumat verilib.
Ölkə rəhbərliyinin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitin ildən-ilə artırılması ilə tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə xidmət səviyyəsinin yüksəlməsinə nail olunduğu qeyd edilib. Bildirilib ki, səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yenilənməsi, innovativ texnologiyaların tətbiqi daim diqqət mərkəzindədir.
Dmitri Pineviç bildirib ki, Azərbaycan-Belarus əlaqələri strateji tərəfdaşlıq səciyyəsi daşıyır və əməkdaşlıq dinamikası yüksələn xətt üzrə inkişaf edir. Ölkəsinin səhiyyə sistemi barədə ətraflı məlumat verən səfir ixtisasca həkim-cərrah olduğunu, uzun müddət tibb sahəsində fəaliyyət göstərdiyi üçün bu sahənin inkişafının xüsusilə prioritet təşkil etdiyini qeyd edib. D.Pineviç Belarus Respublikasında kardiologiya, onkologiya, cərrahiyə kimi sahələrdə, əczaçılıq sənayesində müsbət nəticələrin əldə edildiyini qeyd edib. Bu istiqamətdə Azərbaycanla da qarşılıqlı əməkdaşlığın faydalı olacağını vurğulayıb.
Sonda birgə əməkdaşlığın daha da genişləndirilməsi, səhiyyənin konkret istiqamətləri üzrə fəaliyyət planlarının hazırlanması qərara alınıb.
Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri TƏBİB-də olub
Digər xəbərlər
Ağciyər Xəstəlikləri Mərkəzinin Qobustan Regional Xəstəxanasının açılışı olub
16.05.2025
TƏBİB onlarla Anlaşma Memorandumu imzalayıb
15.05.2025
Zaqatala Rayon Mərkəzi Xəstəxanasında müasir kompüter tomoqrafiyası (KT) və maqnit rezonans tomoqrafiya (MRT) müayinəsi fəaliyyətə başlayıb
14.05.2025
Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri TƏBİB-də olub
16.05.2025
Region xəstəxanalarında reanimotoloji-anestezioloji xidmətlərin keyfiyyətinin artırılması məqsədilə keçirilən təlimlərin birinci mərhələsi başa çatıb
16.05.2025
Beynəlxalq Ailə Günü ilə əlaqədar regionlarda yaşayan həssas ailələr üçün tibbi müayinələr təşkil olunub.
15.05.2025
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov qəbul qrafikinə uyğun olaraq vətəndaşları qəbul edib
14.05.2025
Yeni Klinikada beynəlxalq ekspertlərlə kəllə-beyin travmaları üzrə multidisiplinar təcrübə müzakirə olunub
14.05.2025
11 yaşlı uşağın ayağında qırılıb qalan iynə 14 gün sonra aşkarlandı
13.05.2025
Qobustan Rayon Mərkəzi Xəstəxanasında laporoskopik əməliyyatlara başlanılıb
13.05.2025