banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) tərəfindən təşkil edilən “Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresinin rəsmi açılış mərasimi olub

loader

Açılış mərasimində Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini Nadir Zeynalov, Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov da iştirak edib.

A.İsrafilov ölkə səhiyyəsində son illərin ən əhəmiyyətli və təsiredici addımlarından birinin icbari tibbi sığortanın tətbiqi olduğunu qeyd edib:

"Nəticədə kardioloji xidmətlərin əlçatanlığı 3 dəfə artıb, regionlarda belə invaziv kardiologiya xidmətləri göstərilməkdədir. Nəticə olaraq ölkəmizdə ürək-damar xəstəliklərindən ölüm 100 min nəfərə görə 12 faiz azalıb (2019-cu illə müqayisədə). Yeddi regionda açıq ürək əməliyyatları həyata keçirilib və bu əməliyyatların müvəffəqiyyət göstəricisi 90 faizi ötüb. Eyni zamanda, son illərdə bu sahədə mindən çox həkim və orta tibb işçisi ixtisasartırma və təkmilləşdirmə təlimlərinə cəlb olunub. Bununla bərabər, Azərbaycanda dünyada gedən tendensiyaya uyğun olaraq, ürək-damar xəstəlikləri ilə xəstələnmə hallarının sayı artmaqdadır və bu, ilkin səhiyyə xidmətlərinin gücləndirilməsinin strateji əhəmiyyət kəsb etdiyini göstərir. İlkin səhiyyə, həmçinin sağlam həyat tərzinin təşviqi, maarifləndirmə və vaxtında ixtisaslı yardıma yönləndirmə baxımından vacib rol oynayır. Bu yanaşma həm xəstəliklərin qarşısının alınmasına, həm də səhiyyə sistemində resursların səmərəli istifadəsinə xidmət edir".