banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Beynəlxalq əməkdaşlıq

TƏBİB səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, tibbi kadrların peşəkar inkişafı və innovativ yanaşmaların təşviqi məqsədilə öz səlahiyyətləri çərçivəsində xarici ölkələrin müvafiq qurumları, beynəlxalq təşkilatlar, səhiyyə müəssisələri və tibb cəmiyyətləri ilə əməkdaşlıq edir.

 

  • TƏBİB tərəfindən Amerika Birləşmiş Ştatları, Almaniya Federativ Respublikası, Avstriya Respublikası, Böyük Britaniya, Belarus Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan Respublikası, Çin Xalq Respublikası, Gürcüstan, İran İslam Respublikası, İsrail Dövləti, İsveç Krallığı, İsveçrə Konfederasiyası, İtaliya Respublikası, Şimali Kipr Türk Respublikası, Koreya Respublikası, Kuba Respublikası, Latviya, Litva, Macarıstan, Misir Ərəb Respublikası, Moldova Respublikası, Özbəkistan Respublikası, Oman Sultanlığı, Pakistan İslam Respublikası, Polşa Respublikası, Qazaxıstan Respublikası, Qətər Dövləti, Qırğızıstan, Rusiya Federasiyası, Rumıniya, Səudiyyə Ərəbistanı Krallığı, Sinqapur Respublikası, Tayland Krallığı, Türkiyə Respublikası, Türkmənistan, Ukrayna, Yaponiya və digər ölkələrin aidiyyəti qurumları ilə  əməkdaşlıq əlaqələri qurulmuşdur və hazırda uğurla davam etdirilir.

 

  • Eyni zamanda TƏBİB Asiya İnkişaf Bankı, Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatının İnsan Məskunlaşma Proqramı, Birləşmiş Ərəb Əmirliklərinin qlobal səhiyyə şirkəti - M42, BP şirkəti, Dünya Bankı, Avropa Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi, QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fond, Səhiyyə İnformasiya və İdarəetmə Sistemləri Cəmiyyəti, İslam İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Şimali Atlantika Müqaviləsi Təşkilatı, Oman İnsult Cəmiyyəti, Tailand Beynəlxalq Əməkdaşlıq Agentliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi, Türk Dövlətləri Təşkilatı, Türkiyə Diabet Fondu, Ümumdünya İnsult Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyət və əməkdaşlığı həyata keçirir.

 

  • Bununla yanaşı, beynəlxalq əməkdaşlığın inkişafı istiqamətində qabaqcıl tibbi təcrübələrin ölkədə tətbiqinin təşviqi və peşəkar institusional əlaqələrin gücləndirilməsi yönündə ardıcıl işlər həyata keçirilir. Bu xüsusda, aşağıda adları qeyd olunan tibb cəmiyyətləri və ekspert şəbəkələri ilə əməkdaşlıq həyata keçirilir.

 

Azərbaycan-Britaniya Peşəkarları Assosiasiyası – Association of Azerbaijan British Proffesionals (AABP);

Britaniya-Azərbaycan Həkim və Stomatoloqlar Assosiasiyası  – Association of British-Azerbaijani Doctors and Dentists (ABADD);

Azərbaycan-Amerika Tibb Assosiasiyası Azerbaijan – American Medical Association (AAMA);

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyəti – Deutsch-Aserbaidschanische Gesellschaft für Radiologie und Neuroradiologie (DARG e. V.);

Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyi – Aserbaidschanische Mediziner in Deutschland (AMD e.V.);

Alman-Azərbaycan Tibb İşçiləri Birliyi – Deutsch-Aserbaidschanischer Medizinerverband (DAMV e.V.);

Almaniyada Azərbaycanlı Diş Həkimləri Birliyi – Aserbaidschanische Zahnmediziner in Deutschland (AZD e.V.);

Türkiyədə Azərbaycanlı Həkimlər Dərnəyi– Azerbaycanlı Hekimler Derneği (AHD).

 

Beynəlxalq əməkdaşlığa dair sənədlər

2020 – TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəz və Türkiyə Respublikası Səhiyyə Nazirliyinin Gülhanə Tədris və Tədqiqat Xəstəxanası arasında niyyət bəyannaməsi imzalanmışdır.

2020 – TƏBİB-in tabeliyindəki K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu və Türkiyə Respublikası Səhiyyə Nazirliyinin Ankara Şəhər Xəstəxanası nəzdində Ankara Uşaq Xəstəxanası arasında niyyət bəyannaməsi imzalanmışdır.

2022 – TƏBİB-in tabeliyindəki Yeni Klinika və Almaniyanın Heidelberg University nəzdində Manhaym Tibb Mərkəzi arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdır.

2022 – TƏBİB və Danimarkanın “Novo Nordisk” şirkəti ilə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdır.

2023 – TƏBİB və Kanadanın “Delta Health Group” şirkəti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdır.

2024 – TƏBİB-in tabeliyindəki Yeni Klinika və İsrailin Managed Care Azerbaijan / Madanes Insurance Agency ilə əməkdaşlıq müqaviləsi imzalanmışdır.

2024 – TƏBİB-in tabeliyindəki Respublika Klinik Xəstəxanası və Türkiyənin “Acıbadem Healthcare Group” arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdır.

2024 – TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Türkiyənin Ankara Universiteti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdır.

2025 – TƏBİB-in tabeliyindəki Respublika Klinik Xəstəxanası və İsrailin “Soroka University Medical Center” arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdır.ğ

2025 – TƏBİB-in tabeliyindəki Respublika Pediatriya Mərkəzi və İsrailin “Soroka University Medical Center” arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdır.

2025 – TƏBİB və Türkiyənin “Uğur Sağlık Teknolojileri” arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdır.

2025 – TƏBİB və Türkiyənin “Aselsan” şirkəti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdır.

2025 – TƏBİB və Oman Sultanlığının “Oman Stroke Society” arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdır.

2025 – TƏBİB və Avstriyanın EVER Pharma şirkəti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdır.

2025 – TƏBİB-in tabeliyindəki Respublika Endokrinoloji Mərkəzi və Türkiyənin “Diabet Vakfı” arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdır.

2025 – TƏBİB-in tabeliyindəki Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin Milli Koordinasiya Mərkəzi arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdır.

2026 – "Ağciyər Xəstəlikləri Mərkəzi" publik hüquqi şəxs ilə Özbəkistan Respublikasının Akademik Ş. Alimov adına İxtisaslaşmış Elmi-Praktik Ftiziatriya və Pulmonologiya Tibb Mərkəzi ilə arasında anlaşma memorandumu imzalanmışdır.

 

Beynəlxalq tədbirlərə dəstək

Ölkəmizdə keçirilən müxtəlif genişmiqyaslı beynəlxalq tədbirlər çərçivəsində TƏBİB tərəfindən tibbi xidmətin təşkili təmin olunur. Prosesə təcili və təxirəsalınmaz tibbi yardım briqadaları, tabeli tibb müəssisələri və onların həkim-mütəxəssisləri cəlb olunur. Həmin tədbirlər sırasında Formula-1 Azərbaycan Qran-Prisi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), Ümumdünya Telekommunikasiyanın İnkişaf Konfransı (WTDC), Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13), İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları, Maliyyə Kəşfiyyatı Orqanlarının Eqmont Qrupunun 32-ci plenar iclası kimi tədbirlər yer alır.