TƏBİB-in tabeliyində fəaliyyət göstərən Ağciyər Xəstəlikləri Mərkəzinin nəzdindəki Qobustan Regional Xəstəxanasının açılışı olub.
Açılış mərasimində TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, Ağciyər Xəstəlikləri Mərkəzinin direktoru Nəhmət Rəhmanov, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, Səhiyyə Nazirliyi HIV/AIDS, Vərəm və Malyariya ilə mübarizə proqramının Layihə Əlaqələndirmə Bürosunun direktoru Yaşar Orucov, Azərbaycan Respublikası Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova, Qobustan Regional Xəstəxanasının baş həkimi Samir Quliyev, eyni zamanda Ağciyər Xəstəlikləri Mərkəzinin regional xəstəxanalarının baş həkimləri və şöbə müdirləri iştirak edib.
Qobustan Regional Xəstəxanasında yaradılan şərait barədə məlumat verən Ağciyər Xəstəlikləri Mərkəzinin direktoru Nəhmət Rəhmanov bildirib ki, burada vərəmin aşkarlanması və diaqnostikasının yaxşılaşdırılması istiqamətində tədbirlərin görülməsi, nəzarətin gücləndirilməsi, vərəm xəstəliyinin laborator və instrumental diaqnostika şəbəkəsinin təkmilləşdirilməsi və gücləndirilməsi üçün lazımi şərait yaradılıb.
Qobustan Regional Xəstəxanası 3 min kvadratmetr ərazidən ibarət inzibati hissədən, habelə 100 çarpayı yeri olan 3 stasionar infeksion xəstəliklər korpusundan və köməkçi sahələrdən ibarətdir. Xəstəxanada iş prosesinin səmərəli təşkili üçün inzibati hissədə tam şərait yaradılıb, tibbi xidmətlərin elektronlaşdırılması, tibbi xidmətə əlçatanlığın tam təmin edilməsi məqsədilə müəssisə yüksək sürətli internet və kompüterlərlə təchiz edilib.
Ağciyər vərəmi diaqnozu təyin edilən pasiyentlərin müalicəsi dərmanlara davamlılıq modeli nəzərə alınmaqla üç şöbədə təşkil olunur.
Qobustan Regional Xəstəxanasında müalicənin təyini, monitorinqi və müalicə nəticələrinin qiymətləndirilməsi məqsədilə yaradılmış Həkim Məsləhət Komissiyası da fəaliyyət göstərir.
Həyati funksiyaları pozulmuş və yaşaması risk altında olan, xüsusi baxım tələb olunan şəxslərə Reanimasiya və intensiv terapiya bokslarında xidmət göstərilir.
Bütün reanimasiya otaqları və palataları süni ventilyasiya cihazı, mərkəzləşdirilmiş oksigen və vakuum sistemləri, defibrilyator, monitor kompleksləri və avadanlıqlarla təchiz edilib. Həmçinin reanimasiya bokslarından birində xroniki böyrək çatışmazlığından əziyyət çəkən basilyar vərəmli xəstələr üçün hemodializ avadanlıqları quraşdırılıb.
Tibb müəssisəsində Qobustan Rayon Mərkəzi Xəstəxanasının mərkəzləşmiş mətbəxi tərəfindən göndərilən yeməklərin qəbulu və paylanılması üçün bufet-yeməkxana yaradılıb.
Tibb müəssisəsində təsərrüfat, texniki dəstək bölməsi, habelə qazanxana, camaşırxana, təsərrüfat otaqları və anbar üçün ayrıca köməkçi sahələr mövcuddur. Xəstəxana mərkəzləşdirilmiş oksigen generator sistemi və ehtiyat oksigen balonları ilə təchiz olunub.
Ağciyər Xəstəlikləri Mərkəzinin Qobustan Regional Xəstəxanasının açılışı olub
Digər xəbərlər
Tibb müəssisələrində infeksiyalara epidemioloji nəzarət gücləndirilir
02.10.2026
TƏBİB-in nümayəndələri Özbəkistanda keçirilən “IX Ftiziatrlar və Pulmonoloqlar Konqresi”ndə iştirak edib
02.10.2026
TƏBİB-in nümayəndə heyəti və ABŞ-nin “AIdMD Technologies” şirkəti arasında görüş keçirilib
29.09.2026
Respublika Klinik Xəstəxanasında 91 yaşlı qadın uğurla əməliyyat olunub
01.10.2026
Yeni Klinikanın ilk robotik total qastrektomiya təcrübəsi beynəlxalq konqresdə təqdim olunub
01.10.2026
TƏBİB-in mütəxəssisləri ABŞ-də robotik reabilitasiya üzrə təlimdə iştirak edib
29.09.2026
Kəlbəcər rayonunda səyyar tibbi xidmət təşkil olunub
28.09.2026
Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub
28.09.2026
Anar Bayramov Xocavənd rayonunda vətəndaşları qəbul edib
25.09.2026
Daun sindromlu azyaşlı həkimlərin operativ müdaxiləsi sayəsində həyata qaytarılıb
25.09.2026
