banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

20 May - Ümumdünya Travmatoloqlar Günüdür

loader

Ölkəmizdə travmatoloji sahə üzrə xidmət göstərən onlarla xəstəxana, yüzlərlə həkim var. Hər il bu sahə üzrə bir sıra yeniliklər həyata keçirilir ki, onlardan biri də Respublika Klinik Xəstəxanasının Travmatologiya-ortopediya şöbəsi ilə bağlıdır. Bir il bundan əvvəl – 20 may tarixində burada endoprotez əməliyyatlarına başlanılıb.

Respublika Klinik Xəstəxanasının Travmatologiya-ortopediya şöbəsində son bir ildə 100-dən çox şəxs üzərində endoprotez əməliyyatı uğurla icra olunub.

İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində baş tutan əməliyyatlar həm diz, həm də bud-çanaq oynaqlarında uğurla icra olunub. Həyata keçirilən bütün cərrahi müdaxilələr yüksək peşəkarlıqla aparılıb və əməliyyatlar zamanı heç bir ağırlaşma halı qeydə alınmayıb.

Müasir-tibbi avadanlıqlarla təchiz olunan 24 çarpayılıq şöbədə 8 həkim-travmatoloq fəaliyyət göstərir. Şöbədə qısa müddət ərzində çiyin oynağında endoprotez əməliyyatlarına və endoskopik cərrahi müdaxilələrə start verilməsi planlaşdırılır.

Qeyd edək ki, Respublika Klinik Xəstəxanası ilə yanaşı, TƏBİB-in tabeliyində fəaliyyət göstərən digər tibb müəssisələrində də sözügedən istiqamətlərdə çoxsaylı işlər görülür. Hətta regionlarda travmatoloji mərkəzlərin yaradılmasına başlanılıb. Quba Regional Travmatoloji Mərkəzin ardınca ölkənin digər regionlarında da bu cür mərkəzlərin yaradılması nəzərdə tutulur.

Respublika Klinik Xəstəxanasının Travmatologiya-ortopediya şöbəsinin tibb heyətinin timsalında ölkəmizdə travmatoloji sahədə əvəzsiz rolu olan hər bir həkimimizi, hər bir tibb işçisini təbrik edir, onlara daim uğurlar arzulayırıq!

loader
loader
loader
loader
loader