Tibb müəssisələrində göz xəstəliklərinin müayinə və müalicəsinin inkişafı istiqamətində tədbirlərin görülməsi davam etdirilir.
Yevlax Rayon Mərkəzi Xəstəxanasında gözdə, əsasən, şəkərli diabet xəstəliyi ilə əlaqəli yaranan problemlərin müalicəsində istifadə edilən Avastin inyeksiyasının icrasına başlanılıb.
Avastin inyeksiyası, xüsusilə diabetik retinopatiya, yaşa bağlı makula degenerasiyası və retinal damar patologiyalarının müalicəsində geniş tətbiq olunan effektiv terapiya üsuludur. Bu müalicə metodu torlu qişada patoloji damarların proliferasiyasını və ekstravazasiya nəticəsində yaranan ödəmi azaldaraq, xəstələrin görmə funksiyasının qorunmasına və vizual reabilitasiyasına mühüm töhfə verir.
Qeyd edək ki, tibb müəssisəsində Avastin inyeksiyası ilə yanaşı, oftalmoloji əməliyyatlar - katarakta, qlaukoma, çəplik (şaqul göz pozğunluğu), pterigium (göz ağında ət böyüməsi), entropion və ektropion (göz qapağının içə və çölə dönməsi), xalazion (göz qapağında kist və ya iltihab) da icra olunur.
Məlumat üçün bildirək ki, Yevlax Rayon Mərkəzi Xəstəxanası da daxil olmaqla, TƏBİB-in bütün tabeli tibb müəssisələrində icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilən göz xəstəliklərinin müayinə və müalicəsi ödənişsiz qarşılanır.
Yevlax Rayon Mərkəzi Xəstəxanasında Avastin inyeksiyasının icrasına başlanılıb
Digər xəbərlər
Keyfiyyətin idarə olunması üzrə mütəxəssislərə təlim keçirilib
19.05.2025
“Hipertoniyaya nəzarət günləri: İlkin səhiyyədən ixtisaslı tibbi xidmətə” layihəsi uğurla icra olunub
19.05.2025
Yevlax Rayon Mərkəzi Xəstəxanasında Avastin inyeksiyasının icrasına başlanılıb
19.05.2025
Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin III Beynəlxalq Konqresi keçirilib
20.05.2025
Quba Regional Travmatoloji Mərkəzdə daha bir mürəkkəb əməliyyat icra olunub
20.05.2025
20 May - Ümumdünya Travmatoloqlar Günüdür
20.05.2025
Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) tərəfindən təşkil edilən “Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresinin rəsmi açılış mərasimi olub
17.05.2025
Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri TƏBİB-də olub
16.05.2025
Region xəstəxanalarında reanimotoloji-anestezioloji xidmətlərin keyfiyyətinin artırılması məqsədilə keçirilən təlimlərin birinci mərhələsi başa çatıb
16.05.2025
Ağciyər Xəstəlikləri Mərkəzinin Qobustan Regional Xəstəxanasının açılışı olub
16.05.2025