banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Kəlbəcər şəhərində sakinlər üçün səyyar tibbi xidmət təşkil olunub

loader

Qarabağın bərpası və yenidən qurulması istiqamətində görülən işlər çərçivəsində işğaldan azad olunmuş ərazilərə qayıdan sakinlərin sosial və tibbi xidmətlərlə təminatı daim diqqət mərkəzində saxlanılır.

Bu istiqamətdə Kəlbəcər şəhərində məskunlaşan sakinlərin sağlamlıq vəziyyətini qiymətləndirmək, xəstəlikləri erkən mərhələdə aşkar etmək və tibbi xidmətləri yerində göstərmək məqsədilə səyyar tibbi xidmət təşkil edilib.

Səyyar tibbi xidmət Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının tibb işçilərindən ibarət briqada tərəfindən həyata keçirilib. Briqadanın tərkibində terapevt, pediatr, həkim-ginekoloq və  tibb bacısı iştirak edib. Aparılan müayinələr nəticəsində cəmi 20 nəfərə zəruri tibbi xidmətlər göstərilib.

Tədbirlər çərçivəsində Kəlbəcər şəhərində yerləşən 1 saylı tam orta məktəbin yuxarı sinif şagirdləri arasında “Sağlam həyata “hə”, narkotikə “yox”” adlı maarifləndirici tədbir də keçirilib.

loader
loader
loader
loader
loader