banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Uşaq sığınacaqlarında məskunlaşan uşaqlar üçün tibbi müayinələr təşkil olunub

loader


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin təşəbbüsü, TƏBİB-in dəstəyi ilə Bakı şəhərində fəaliyyət göstərən qadın və uşaq sığınacaqlarında məskunlaşan uşaq və yeniyetmələr üçün ixtisaslı həkim müayinələri təşkil olunub.

Tibbi aksiya “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyində keçirilib. 

Aksiyanın əsas məqsədi həssas əhali qruplarına aid uşaqların sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, xəstəliklərin erkən mərhələdə aşkarlanması, profilaktik tədbirlərin görülməsi və mümkün ağırlaşmaların qarşısının alınmasıdır.

İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində həyata keçirilən müayinələrə 1-18 yaş aralığında olan uşaq və yeniyetmələr cəlb edilib. Tibbi xidmətlərin göstərilməsində Respublika Pediatriya Mərkəzinin həkim heyəti iştirak edib.

Aksiya zamanı uşaqlar kardioloq, nevroloq, terapevt, otorinolarinqoloq (LOR), pediatr, uşaq cərrahı, psixoloq, dermatoloq və radioloq tərəfindən müayinə olunublar. Sağlamlıq vəziyyətinin daha ətraflı qiymətləndirilməsi məqsədilə zəruri laborator müayinələr də aparılıb.

Müayinə nəticələrinə uyğun olaraq stasionar müayinə və müalicəyə ehtiyacı olan uşaqlar Agentliyin dəstəyi ilə aidiyyəti tibb müəssisələrinə yönləndirilib.

loader
loader
loader
loader
loader
loader
loader