banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Ana və uşaqların sağlamlığının qorunması istiqamətində tədbirlər davam etdirilir

loader

Şəmkir Rayon Mərkəzi Xəstəxanası və tabeliyində fəaliyyət göstərən tibb müəssisələri tərəfindən ana və uşaqların sağlamlığının qorunması, uşaqların fiziki inkişafının izlənilməsi və xəstəliklərin erkən aşkarlanması məqsədilə patronaj xidməti həyata keçirilir.

Patronaj xidməti çərçivəsində tibb işçiləri tərəfindən ailələrə mütəmadi səfərlər təşkil olunur, anaların və uşaqların sağlamlıq vəziyyəti qiymətləndirilir, körpələrin yaşına uyğun inkişafı və qidalanması izlənilir.

Eyni zamanda, valideynlərə uşaqlara düzgün qulluq, ana südü ilə qidalanmanın əhəmiyyəti, peyvəndləmə və profilaktik tədbirlər barədə maarifləndirici məlumatlar verilir.

Ana və uşaqların sağlamlığının qorunması, onlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir.

loader
loader
loader
loader
loader
loader
loader