banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Vətəndaşlar üçün tibbi xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi imkanı yaradılıb

loader

Tibbi xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi, vətəndaş məmnuniyyətinin yüksəldilməsi və pasiyentlərin rəylərinin xidmətlərin təkmilləşdirilməsi prosesində nəzərə alınması məqsədilə “mygov” platformasında yeni funksionallıq istifadəyə verilib.

Vətəndaşlar tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətini 5 ulduzlu qiymətləndirmə sistemi əsasında dəyərləndirə bilərlər. Qiymətləndirmə həkim qəbulundan sonra 15 gün ərzində platformanın “Sağlamlıq” bölməsi vasitəsilə həyata keçirilə bilər.

Bu funksiya ixtisaslı həkimlər tərəfindən göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və pasiyent məmnuniyyətinin artırılmasına imkan verəcək.

Qiymətləndirmələrin nəticələrinin təhlili ixtisaslı həkimlərin fəaliyyətinin stimullaşdırılması və nəticəyönümlü bonus mexanizminin formalaşdırılmasına da təsir göstərəcək.

Qeyd edək ki, vətəndaşlar “mygov” platforması üzərindən tibb müəssisələrində ixtisaslı həkimlərin qəbuluna onlayn növbə də götürə bilərlər. Bu imkan tibbi xidmətlərə müraciət prosesinin sadələşdirilməsinə və qəbulun daha əlçatan təşkilinə xidmət edir.

loader
loader
loader
loader
loader
loader