banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Bakıda patronaj xidməti çərçivəsində 900-dən çox uşaq, hamilə və zahı qadın tibbi müayinədən keçirilib

loader

TƏBİB ana və uşaq sağlamlığının qorunması, tibbi xidmətlərin əlçatanlığının artırılması və profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə patronaj xidmətinin tətbiqini davam etdirir.

Bakı şəhərində həyata keçirilən patronaj ziyarətləri çərçivəsində Nəsimi rayonunda 1 saylı Uşaq Poliklinikası üzrə 417 yenidoğulmuş, 12 hamilə və 11 zahı, Nizami rayonunda isə 19 saylı Uşaq poliklinikası üzrə 340 uşaq, 87 hamilə və 51 zahı tibbi müayinədən keçirilib. Ümumilikdə 757 uşaq, 99 hamilə və 62 zahı, yəni 918 nəfər müayinə ilə əhatə olunub.

Tətbiq olunan patronaj modeli yalnız sağlamlıq vəziyyətinin izlənilməsini deyil, həm də uşağın inkişafının dəstəklənməsini və valideynlərin maarifləndirilməsini nəzərdə tutur. Ziyarətlər zamanı patronaj tibb bacısı uşağın inkişafını qiymətləndirir, valideynlərə uşağa qayğı, düzgün qidalanma, xüsusilə ana südü ilə qidalanmanın üstünlükləri, uşaqla ünsiyyət və onun inkişafına dəstək məsələlərində məlumat və tövsiyələr verir.

Bununla yanaşı, hamilə qadının və ya körpənin yaşadığı mühit qiymətləndirilir, sağlamlığa və rifaha təsir edə biləcək risklər müəyyən olunur. Aşkarlanan risklərin aradan qaldırılması məqsədilə ailələrə tövsiyələr verilir, ehtiyac olduqda isə müvafiq tibbi və digər xidmətlərə yönləndirmə təmin edilir.

Qeyd edək ki, ailələrin yaşadığı ünvanlarda göstərilən patronaj xidmətinin əsas məqsədi sağlamlıq risklərinin erkən aşkarlanması, profilaktik tədbirlərin vaxtında həyata keçirilməsi, ana və uşaqların sağlamlıq vəziyyətinin mütəmadi izlənilməsidir.

loader
loader
loader
loader
loader