banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

TƏBİB-in daha bir tabeli tibb müəssisəsində onlayn növbə sistemi istifadəyə verildi

loader
Onlayn növbə sistemi artıq Xətai Tibb Mərkəzində
 
TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində tibbi xidmətlərin daha əlçatan, operativ və vətəndaşyönümlü təşkili istiqamətində işlər davam etdirilir. Bu istiqamətdə növbəti addım olaraq Xətai Tibb Mərkəzində onlayn növbə sistemi istifadəyə verilib. Yeni sistem vətəndaşların həkim qəbuluna əvvəlcədən qeydiyyatdan keçməsini asanlaşdırmaqla yanaşı, qəbul prosesinin daha çevik və səmərəli təşkilinə xidmət edir.
 
Onlayn növbə mexanizmi vətəndaşların gözləmə müddətinin azalmasına, tibb müəssisələrində sıxlığın tənzimlənməsinə və xidmətlərin daha rahat şəraitdə göstərilməsinə imkan verir. Bununla yanaşı, qəbul cədvəllərinin əvvəlcədən formalaşdırılması həkimlərin iş vaxtının daha səmərəli planlaşdırılmasına, qəbul prosesinin nizamlı təşkilinə və resurslardan daha effektiv istifadəyə şərait yaradır.
 
Hazırda Xətai Tibb Mərkəzində bütün ixtisaslar üzrə həkim qəbuluna onlayn növbə götürmək mümkündür. Vətəndaşların rahat şəkildə istiqamətləndirilməsi və qəbul prosesinin fasiləsiz təşkili məqsədilə sözügedən müəssisədə xüsusi məlumat monitorları mövcuddur. Həmçinin növbələrin operativ idarə olunması və vətəndaşlara zəruri dəstəyin göstərilməsi üçün məsul əməkdaşlar prosesə cəlb olunublar.
 
Onlayn növbə sistemindən istifadə etmək üçün "myGov" tətbiqinə keçid vasitəsilə daxil ola bilərsiniz: https://onelink.to/rryy4q
 
Qeyd edək ki, onlayn növbə sistemi bundan əvvəl Yeni Klinika, Abşeron Rayon Mərkəzi Xəstəxanası, Kliniki Tibbi Mərkəz və Nizami Tibb Mərkəzində tətbiq edilib. Xətai Tibb Mərkəzi isə bu sistemin aktivləşdirildiyi beşinci tibb müəssisəsidir.
 
TƏBİB tərəfindən vətəndaşların tibbi xidmətlərə çıxış imkanlarının daha da genişləndirilməsi, gözləmə müddətinin minimuma endirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə onlayn növbə sisteminin digər tabeli tibb müəssisələrində də mərhələli şəkildə tətbiqi davam etdiriləcək.