banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu

loader
TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində vətəndaşların tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər davam edir.
 
Bu çərçivədə Nizami Tibb Mərkəzində onlayn növbə sisteminin tətbiqinə başlanılıb. Məqsəd vətəndaşların həkim qəbuluna müraciət prosesini sürətləndirmək və səmərəli təşkilini həyata keçirməkdən ibarətdir.
 
Onlayn növbə sisteminin tətbiqi həm vətəndaşlar, həm də tibb işçiləri üçün bir sıra üstünlüklər yaradır. Növbələrin onlayn tənzimlənməsi tibb müəssisələrində sıxlığın azalmasına, vətəndaşlar üçün daha rahat xidmət mühitinin formalaşdırılmasına şərait yaradır. Həmçinin qəbul prosesinin əvvəlcədən planlaşdırılması həkimlərin iş yükünün optimallaşdırılmasına, qəbulun daha nizamlı təşkilinə və xidmətlərin daha effektiv idarəsinə imkan verir.
 
Hazırda Nizami Tibb Mərkəzində bütün ixtisaslar üzrə həkim qəbuluna onlayn növbə götürmək mümkündür. Sözügedən tibb mərkəzində vətəndaşların rahat və çevik qaydada qəbul olunmasını təmin etmək məqsədilə xüsusi monitorlardan istifadə edilir. Eyni zamanda növbələrin yerində tənzimlənməsi və vətəndaş axınının operativ idarə olunması üçün məsul əməkdaşlar tərəfindən vətəndaşlara təşkilati dəstək göstərilir.
 
Qeyd edək ki, onlayn növbə sistemi bundan öncə Yeni Klinika, Abşeron Rayon Mərkəzi Xəstəxanası və Kliniki Tibbi Mərkəzdə aktivləşdirilib.
 
Vətəndaşların tibbi xidmətlərə əlçatanlığının artırılması və vətəndaş məmnuniyyətinin yüksəldilməsi məqsədilə onlayn növbə sisteminin mərhələli qaydada ölkə üzrə digər tibb müəssisələrində də tətbiqi nəzərdə tutulur.