banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Respublika Pediatriya Mərkəzi tərəfindən Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil edilib

loader
Valideyn himayəsindən məhrum olmuş uşaqların sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, erkən tibbi müdaxilə imkanlarının artırılması və sağlam həyat tərzi ilə bağlı maarifləndirmənin gücləndirilməsi məqsədilə Respublika Pediatriya Mərkəzi tərəfindən uşaq evlərinə silsilə səfərlər təşkil olunub.
Səfərlər çərçivəsində Respublika Pediatriya Mərkəzinin həkim briqadaları tərəfindən 3-18 yaş arası uşaqlar müxtəlif ixtisaslar üzrə tibbi müayinələrdən keçirilib.
Müayinələr pediatr, nevroloq, loqoped, oftalmoloq, kardioloq, stomatoloq və digər dar ixtisaslı həkimlər tərəfindən baş tutub. Tibbi baxış zamanı uşaqların sağlamlığı ilə bağlı fiziki müayinələr və funksional qiymətləndirmələr edilib və müalicə-profilaktik tövsiyələr verilib. Eyni zamanda uşaqların cari sağlamlıq göstəriciləri nəzərə alınaraq onlara qulluq, fiziki aktivliyin tənzimlənməsi və ünsiyyətin qurulması istiqamətində tərbiyəçilərlə maarifləndirici söhbətlər aparılıb.
Müayinələrin nəticələri müvafiq qaydada qeydiyyata alınıb, ehtiyac yarandığı hallarda uşaqların əlavə müayinə və müalicə üçün aidiyyəti tibb müəssisələrinə yönləndirilməsinə dəstək göstərilib.
Proqram çərçivəsində 3-18 yaş arası 210 uşağın tibbi müayinədən keçirilməsi baş tutub.
TƏBİB-in Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən bu təşəbbüs həssas qrup uşaqların sağlam inkişafının dəstəklənməsi və onların keyfiyyətli tibbi xidmətlərə əlçatanlığının artırılmasına yönəlir. Təşəbbüsün müntəzəm qaydada davam etdirilməsi nəzərdə tutulur.
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader