banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib

loader
17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib.
 
Ziyarət iştirakçıları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər. Ümummilli Liderin ölkədə səhiyyə sisteminin inkişafına, müasir tibbi infrastrukturun formalaşdırılmasına və peşəkar tibbi kadr potensialının gücləndirilməsinə verdiyi töhfələr xatırlanıb, “Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir” fikri qeyd olunub.
 
Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb. Azərbaycan tibb elminin inkişafında mühüm xidmətləri olmuş akademik Zərifə Əliyevanın əziz xatirəsi dərin hörmətlə yad edilib.
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader