banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Böyrək çatışmazlığı uğurlu transplantasiya əməliyyatı ilə aradan qaldırıldı

loader
Uzun illər davam edən xəstəlikdən sonra 38 yaşlı pasiyent 33 yaşlı qardaşının donorluğu ilə Yeni Klinikada həyata keçirilən böyrək transplantasiyası sayəsində sağlamlığına qovuşub.
 
Əməliyyat Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri, cərrah-transplantoloq Eldar Əhmədovun rəhbərliyi ilə ümumi cərrahlar Lalə İsmayılova, Günay Allahverdiyeva və həkim-anestezioloq-reanimatoloq Mayıl Sədiyevin iştirakı ilə icra edilib.
 
Donor üzərində laporoskopik (qapalı) üsulla həyata keçirilən əməliyyatdan və böyrək transplantasiyasından sonra hər iki pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilib.
 
Qeyd edək ki, böyrək transplantasiyası əməliyyatları icbari tibbi sığorta hesabına tam qarşılanır ki, bu da həyati əhəmiyyətli müalicə xidmətlərinin vətəndaşlar üçün daha əlçatan olmasına imkan yaradır.
loader
loader
loader
loader