Gənclər və İdman Nazirliyi və Azərbaycan Su İdmanı Növləri Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçirilib.
Bulvar ərazisində təşkil olunan yarışda iştirakçılar müxtəlif kateqoriyalar üzrə mübarizə apararaq bacarıqlarını nümayiş etdiriblər.
Kişilər arasında iki nəfərlik qayıq yarışında TƏBİB-i təmsil edən Murad Həsənov və Qara Rüstəmli üçüncü yeri tutublar.
Qeyd edək ki, kişilər arasında iki nəfərlik qayıqda Elxan Əsədov və Özcan Kərimovdan ibarət Fövqəladə Hallar Nazirliyinin komandası birinci, Gənclər və İdman Nazirliyinin komandası Cavad Cavadov və Səid Məlikov isə ikinci yeri tutublar.