banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Elnur Hidayətoğlu: Həyata keçirilən tədbirlərin məqsədi səhiyyə sisteminə ictimai etimadın gücləndirilməsidir

loader

Həyata keçirilən bütün tədbirlərin əsas məqsədi, TƏBİB-in fəaliyyətində ana xətt vətəndaş məmnuniyyətinin təmin olunması və səhiyyə sisteminə ictimai etimadın daha da gücləndirilməsidir.

"Report" xəbər verir ki, bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Elnur Hidayətoğlu jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, son illər səhiyyə sistemi yeni inkişaf mərhələsinə qədəm qoyub və bu inkişaf özünü bir neçə istiqamətdə aydın şəkildə göstərməkdədir:

"İlk növbədə, əhalinin sağlamlığının qorunması və keyfiyyətli, əlçatan tibbi xidmətlərin təmin olunması istiqamətində mühüm addımlar atılıb. Bu kontekstdə xüsusilə vurğulamaq lazımdır ki, icbari tibbi sığorta çərçivəsində xidmətlər zərfi genişləndirilib və nəticə etibarilə vətəndaşlara göstərilən xidmətlərin həcmində əhəmiyyətli artım qeydə alınıb".