TƏBİB səhiyyə xidmətlərinin regionlarda daha əlçatan olması istiqamətində tədbirləri davam etdirir.
Qazax Rayon Mərkəzi Xəstəxanasının yeni və müasir avadanlıqlarla təchiz edilmiş Fizioterapiya şöbəsi yenidən qurularaq vətəndaşların istifadəsinə verilib. Mərkəzdə həyata keçirilən yeniliklər, Fizioterapiya şöbəsinin fəaliyyəti və yaradılan şərait göstərilən tibbi xidmətin keyfiyyətini yüksəldəcək və vətəndaş məmnunluğu daha da artıracaq.
Şöbədə sinir sistemi, parkinson xəstəliyi, üz iflicinin, beyin və onurğa beyni zədələrinin, bel, boyun, çiyin nahiyəsində ağrılar, yırtıq, insult, skolioz, uşaqlarda lordoz, bütün növ əzələ və sümük, nevroloji, yaşla bağlı ortopedik xəstəliklərin müalicəsi üçün hər bir şərait yaradılıb.
Şöbədə yüksəkixtisaslı tibb personalı tərəfindən ultrasəs, kombinə elektroterapiyası, elektroforez, endopress, elektrostimulyasiya, qısa dalğa, lazer, traksiya, maqnitoterapiya, osteopatiya, tibbi masaj, manual terapiya, detoksikasiya, biorezonans, limfodrenaj və inqalyasiya terapiyası kimi prosedurlar yerinə yetirilir.
Müasir dünyada ən çox yayılan xəstəliklərdən biri də onurğa sütununun əyilməsi ilə əlaqədar olan skolioz xəstəliyidir. Fizioterapiya şöbəsində skoliozun dərəcəsindən asılı olaraq, onun əməliyyatsız müalicəsi də mümkündür.
Müalicədən əvvəl həkimlər hərtərəfli müayinələr aparır, müasir diaqnostik avadanlıqların köməyilə pasiyentdə xəstəliyin düzgün diaqnozu və qiymətləndirilməsi həyata keçirilir. Müalicə prosedurları pasiyentləri ağrılardan xilas etməklə yanaşı, ağrıya səbəb olan amilləri də aradan qaldırır.
Yenilənmiş Fizioterapiya şöbəsində 2 həkim, 5 tibb bacısı və 2 xadimə olmaqla ümumilikdə 9 nəfərlik heyət xidmət göstərir.
Qazax Rayon Mərkəzi Xəstəxanasında Fizioterapiya şöbəsi yenidən qurulub
Digər xəbərlər
“815” Çağrı Mərkəzinə aprel ayı ərzində 13 minə yaxın zəng daxil olub
29.05.2025
“mygov” platformasında vətəndaşların bir sıra tibbi məlumatlara çıxış imkanları genişləndirilib
30.05.2025
Yevlax Rayon Mərkəzi Xəstəxanasında Avastin inyeksiyasının icrasına başlanılıb
19.05.2025
Reanimasiya və anesteziya üzrə tibbi xidmətin peşəkarlığının artırılması istiqamətində tədbirlər həyata keçirilir
03.06.2025
TƏBİB və Avstriyanın “EVER Pharma” əczaçılıq məhsullarının istehsalçısı arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
03.06.2025
Qazax Rayon Mərkəzi Xəstəxanasında Fizioterapiya şöbəsi yenidən qurulub
02.06.2025
TƏBİB əməkdaşlarından “ASAN Məktub” layihəsinə dəstək
01.06.2025
Vüqar Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyanın Roma şəhərində işgüzar səfərdə olub
30.05.2025
Qax Rayon Mərkəzi Xəstəxanasında endoskopik üsulla uroloji əməliyyatların icrasına başlanılıb
29.05.2025
TƏBİB və “Novo Nordisk” MMC-nin Azərbaycan nümayəndəliyi arasında görüş keçirilib
27.05.2025