2025-ci ilin aprel ayı ərzində TƏBİB-in “815” Çağrı Mərkəzinə ümumilikdə 12 933 zəng daxil olub. Müraciətlərdən 12 703 zəng müvafiq olaraq dərhal cavablandırılıb, 230 müraciət isə Çağrı xidməti şöbəsi tərəfindən araşdırılması üçün qəbul edilib. 110 müraciətlə bağlı vətəndaşlara müvafiq izahatlar verilib, 108 müraciətlə bağlı məsələ həll edilib, 12 müraciət isə elektron sənəd dövriyyəsi üzərindən rəsmiləşdirilərək aidiyyəti üzrə yönləndirilib.
Daxil olan müraciətlərin mövzusu, əsasən, müayinə və müalicənin təşkili, əlillik məsələləri, dərman təminatı, tibbi heyət və tibbi xidmətdən şikayət, kadr məsələləri, tibbi arayış və sənədlərin verilməsi ilə bağlı olub.
Qeyd edək ki, TƏBİB-in “815” Çağrı Mərkəzi 2022-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. Mərkəzin yaradılmasında əsas məqsəd daxil olan müraciətlərin çevik cavablandırılması, aidiyyəti üzrə yönləndirilməsi və ən əsası, vətəndaş məmnunluğunun təmin edilməsidir.
Vətəndaşlar TƏBİB-in Çağrı Mərkəzi ilə əlaqə saxlamaqla yanaşı, yazılı müraciətləri birbaşa quruma təqdim edə, qurumun rəsmi internet səhifəsi (https://tabib.gov.az/vetendashlar-ucun/elektron-muraciet), eləcə də info@tabib.gov.az elektron poçt ünvanı üzərindən onlayn şəkildə müraciətlərini ünvanlaya bilərlər.
“815” Çağrı Mərkəzinə aprel ayı ərzində 13 minə yaxın zəng daxil olub
Digər xəbərlər
“815” Çağrı Mərkəzinə aprel ayı ərzində 13 minə yaxın zəng daxil olub
29.05.2025
“mygov” platformasında vətəndaşların bir sıra tibbi məlumatlara çıxış imkanları genişləndirilib
30.05.2025
Yevlax Rayon Mərkəzi Xəstəxanasında Avastin inyeksiyasının icrasına başlanılıb
19.05.2025
Qazax Rayon Mərkəzi Xəstəxanasında Fizioterapiya şöbəsi yenidən qurulub
02.06.2025
TƏBİB əməkdaşlarından “ASAN Məktub” layihəsinə dəstək
01.06.2025
Vüqar Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyanın Roma şəhərində işgüzar səfərdə olub
30.05.2025
Qax Rayon Mərkəzi Xəstəxanasında endoskopik üsulla uroloji əməliyyatların icrasına başlanılıb
29.05.2025
TƏBİB və “Novo Nordisk” MMC-nin Azərbaycan nümayəndəliyi arasında görüş keçirilib
27.05.2025
Ağsu rayonunda kənd sakinləri onlar üçün ayrılmış xüsusi mikroavtobuslarla tibb müəssisəsinə daşınaraq, müayinələrə cəlb olunublar
27.05.2025
TƏBİB-in İcraçı direktorunun müşaviri Pərvin Əkbərov ABŞ-nin Çikaqo şəhərində keçirilən “RehabWeek” tədbirində iştirak edib
26.05.2025