banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

TƏBİB əməkdaşlarından “ASAN Məktub” layihəsinə dəstək

loader

“ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramı çərçivəsində TƏBİB əməkdaşları növbəti dəfə xeyirxah təşəbbüsə qoşulublar.

Layihə çərçivəsində Ağstafa regionunda yaşayan həssas əhali qruplarına aid uşaqlara TƏBİB əməkdaşları tərəfindən müxtəlif hədiyyələr göndərilib. Uşaqların fərdi arzularına uyğun olaraq hazırlanan bu hədiyyələr onların sevincinə səbəb olub, unudulmaz anlar yaşadıb.

Sosial məsuliyyətin artırılması və həmrəylik ruhunun gücləndirilməsi məqsədilə həyata keçirilən bu təşəbbüs TƏBİB-in cəmiyyətin rifahına yönəlmiş fəaliyyətinin bir hissəsidir. TƏBİB əməkdaşları bu kimi layihələrə davamlı şəkildə dəstək göstərməklə yalnız səhiyyə sahəsində deyil, sosial sahədə də nümunəvi mövqe sərgiləyirlər.

TƏBİB gələcəkdə də müxtəlif sosial layihələrdə iştirak etməklə cəmiyyətin həssas təbəqələrinin rifahına töhfə verməyə davam edəcək.

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader