Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) keçirildiyi bu günlərdə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində çalışıb.
TƏBİB tərəfindən tədbirin keçirildiyi ərazidə tibbi xidmətin təşkili məqsədilə tibbi yardım məntəqələri qurulub, tədbirlə əlaqədar müvafiq ərazilər üzrə 37 təcili tibbi yardım avtomobili ayrılıb, ümumilikdə 93 təcili tibbi yardım briqadası fəaliyyət göstərib.
WUF13 çərçivəsində ayrılmış hotellər və tədbirin keçirildiyi ərazilərdə də təcili və təxirəsalınmaz tibbi yardım briqadaları gücləndirilmiş iş rejimində çalışıb.
Qeyd edək ki, təcili və təxirəsalınmaz tibbi yardım xidməti ilə yanaşı, tədbir günlərində tibbi xidmətlərin göstərilməsinə 4 tibb müəssisəsi də cəlb olunub.