banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Ümumdünya Əl Gigiyenası Günü ilə əlaqədar maarifləndirici təlimlər keçirilib

loader

TƏBİB-in tabeli tibb müəssisələrində 5 May – Ümumdünya Əl Gigiyenası Günü ilə əlaqədar maarifləndirici təlimlər keçirilib

Təlimlərdə tibb və qeyri-tibb işçiləri iştirak ediblər. Tədbirlər çərçivəsində iştirakçılara yoluxucu xəstəliklərin profilaktikasında əl gigiyenasının rolu, tibb müəssisələrində gigiyenik davranış qaydaları, həmçinin bu istiqamətdə davamlı maarifləndirmənin əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Praktik hissədə isə infeksiyaların profilaktikası və infeksion nəzarət (İPİN) üzrə mütəxəssislər tərəfindən düzgün əl yuma texnikaları əyani şəkildə nümayiş etdirilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı praktiki tövsiyələr təqdim olunub.

 

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader