banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

TƏBİB əməkdaşları Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da iştirak edib

loader
“Küləyə qalib gəl” şüarı ilə təşkil olunan marafonda bu dəfə əsas hədəf 42 km-lik məsafə olub.
25 min iştirakçının qatıldığı marafonda qələbə uğrunda mübarizəyə qoşulan TƏBİB əməkdaşlarından 3 nəfər 21 km., 2 nəfər isə 42 km. məsafəni qət etməyi bacarıb.
Marafonda nəticə göstərən hər bir əməkdaşımızı təbrik edirik!
Onlar küləyə də qalib gəlməyi bacarır…
Marafon boyunca TƏBİB tibbi xidmətlərin təşkilini təmin edib.Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin briqadaları Dövlət Bayrağı Meydanı, Dənizkənarı Bulvar, Bakı Dəniz Vağzalı, Neftçilər
prospekti, Bakı Ağ şəhər Bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsi, Sevgi Parkı, Heydər Əliyev prospekti, Baku Arena, Böyük İpək Yolu küçəsi, Müzəffər Nərimanov küçəsi, Ziya Bünyadov prospekti,
Böyükşor küçəsi, Böyükşor körpüsü, Balaxanı dairəsi, Böyükşor–Pirşağı yolu, Bakı Dairəvi Yolu (Bilgəh–Pirşağı şosesi), "Sea Breeze" yaxınlığına təhkim olunublar. Ümumilikdə 21 briqada cəlb olunub.
2016-cı ildən təşkil olunan Bakı Marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader