banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Laçın rayonunun Bəylik kəndinə yola salınan köç karvanı tibbi xidmət tərəfindən müşayiət olunub

loader

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” davam etdirilir.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin əməkdaşlarının müşayiəti ilə ölkənin müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış 41 ailə - 163 nəfər Laçın rayonunun Bəylik kəndinə köçürülüb.

Köç karvanı yol boyu tibbi xidmət tərəfindən müşayiət olunub. Vətəndaşların sağlamlıq vəziyyətinə nəzarət məqsədilə Təcili Tibbi Yardım briqadası Bəylik kəndində də xidməti davam etdirib.

Köçürülmə və yerləşmə prosesi zamanı 3 nəfərə yerində ilkin tibbi xidmət göstərilib.

 

loader
loader
loader
loader