banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Beynəlxalq Ailə Günü ilə əlaqədar regionlarda yaşayan həssas ailələr üçün tibbi müayinələr təşkil olunub.

loader

15 May – Beynəlxalq Ailə Günü ilə əlaqədar TƏBİB-in təşkilatçılığı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə regionlarda yaşayan həssas ailələr tibbi müayinələrə cəlb olunub.

Tibbi müayinələr çərçivəsində Hacıqabul, Sabirabad, Saatlı və Ağdam rayon mərkəzi xəstəxanalarında həssas ailələrin müayinələri təşkil olunub.

Hər regionda 25 ailə olmaqla, ümumilikdə 100 ailənin sağlamlıq vəziyyəti yoxlanılıb, laborator-poliklinik müayinələr peşəkar həkimlər tərəfindən icra edilib, ailələrə fərdi tibbi məsləhətlər verilib.

Qeyd edək ki, Beynəlxalq Ailə Günü ərəfəsində Azərbaycanın bütün bölgələrini əhatə edən tədbirlərin keçirilməsində məqsəd ailə dəyərlərini ön plana çəkməklə, cəmiyyətin əsas dayağı olan sağlam ailələrin formalaşmasına dəstək vermək, eyni zamanda cəmiyyətin diqqətini ailə sağlamlığına yönəltməkdir.

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader