banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laporoskopik adrenalektomiya əməliyyatı icra olunub

loader

 

TƏBİB tərəfindən Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasına təqdim edilən yeni tibbi avadanlıqlar müasir cərrahi əməliyyatların icrası imkanlarını genişləndirib. Bunun nəticəsi olaraq tibb müəssisəsində ilk dəfə laporoskopik adrenalektomiya əməliyyatı uğurla həyata keçirilib.

Arterial təzyiqi 200–220 mm. civə sütununa qədər yüksəlməsi şikayəti ilə müraciət edən 25 yaşlı pasiyentdə (qadın) aparılan müayinələr nəticəsində sol böyrəküstü vəzinin feoxromositoması diaqnozu təsdiqlənib.

Əməliyyatdan əvvəl pasiyentin vəziyyətinin stabilləşdirilməsi və müvafiq hazırlıq tədbirləri həyata keçirilib. Daha sonra soltərəfli laporoskopik adrenalektomiya əməliyyatı uğurla icra olunub. Hazırda pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.

loader
loader
loader