banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

loader

TƏBİB-in İcraçı direktoru Anar Bayramov işğaldan azad olunmuş Xocavənd rayonuna səfəri çərçivəsində yeni istifadəyə verilmiş Rayon Mərkəzi Xəstəxanasına və onun tabeliyində fəaliyyət göstərən Qırmızıbazar Həkim Məntəqəsinə baxış keçirib.

Böyük Qayıdış çərçivəsində rayona köçən sakinlərə tibbi xidmət göstərilməsi üçün xəstəxanada poliklinik şöbə fəaliyyət göstərir. Burada terapevt, pediatr, oftalmoloq və ginekoloq qəbulu, ultrasəs müayinəsi və laborator xidmətlər təşkil olunub. Xəstəxanada sarğı və kiçik əməliyyatlar otağı, həmçinin triaj sahəsi və pasiyentlərin vəziyyətinə uyğun tibbi yardım göstərilməsi üçün ayrıca otaqlar yaradılıb. Müəssisədə rentgen aparatı quraşdırılıb.

Səfər zamanı Anar Bayramov xəstəxananın bölmələri, tibbi avadanlıq və kadr təminatı ilə tanış olub, xidmətin təşkili barədə məlumat alıb. O, həmçinin Qırmızı Bazar Həkim Məntəqəsində yaradılmış şəraitə baxıb.

Xəstəxananın və həkim məntəqəsinin fəaliyyəti Xocavəndə qayıdan sakinlərin yaşadıqları ərazidə tibbi yardıma çıxışının təmin olunmasına xidmət edir.

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader