banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Mərkəzi Neftçilər Xəstəxanasında vaxtında və düzgün müdaxilə pasiyentin həyatını xilas edib

loader

Mərkəzi Neftçilər Xəstəxanasında tibb heyətinin operativ müdaxiləsi nəticəsində ürək fəaliyyəti qəfil dayanan pasiyentə zəruri reanimasiya tədbirləri həyata keçirilib və onun vəziyyəti stabilləşdirilib.

1976-cı il təvəllüdlü kişi pasiyentin xəstəxanada müayinəsinə başlanılmazdan əvvəl vəziyyəti qəfil pisləşib və ürək fəaliyyətinin dayanması (kardiak arrest) baş verib.

Tibb heyəti ürək-ağciyər reanimasiyası və döş qəfəsinin kompressiyaları daxil olmaqla təxirəsalınmaz tibbi yardım tədbirlərini həyata keçirib.

Operativ və koordinasiyalı müdaxilədən sonra pasiyent Anesteziologiya və reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti stabilləşdikdən sonra Kardiologiya şöbəsinə köçürülüb. Hazırda pasiyentin vəziyyəti stabil qiymətləndirilir, müalicəsi və tibbi nəzarət davam etdirilir.

Onu da qeyd edək ki, ürək-damar xəstəliyindən əziyyət çəkən və daha əvvəl kardioloji müdaxilə keçirmiş pasiyent xarici ölkələrin birində də müayinə və müalicə alıb. Lakin səhhətində gözlənilən yaxşılaşma əldə olunmadığından, müalicəsini davam etdirmək məqsədilə Azərbaycana qayıdaraq Mərkəzi Neftçilər Xəstəxanasına müraciət edib.