banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Azərbaycan Tibb Tələbələrinin Multidisiplinar Nutrisiologiya Forumu keçirilib

loader

Yeni Klinikada Ümummilli Lider Heydər Əliyevin 102 illiyinə həsr olunmuş Azərbaycan Tibb Tələbələrinin Multidisiplinar Nutrisiologiya Forumu baş tutub. 

Forum Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Azərbaycan Daxili Xəstəliklər Dərnəyi,  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi,  Azərbaycan Tibb Tələbələrinin İnnovativ Birliyi və “Nutrisiologiya, Diyetologiya və Piylənmənin Profilaktikası” (NDPP) İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.

TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov forumda çıxışı zamanı nutrisiologiya sahəsində kadr potensialının gücləndirilməsi, müasir elmi yanaşmaların öyrənilməsi və tətbiqinin vacibliyindən danışıb. O, bildirib ki, TƏBİB bu cür yeniliklərə daim həssaslıqla yanaşır və səhiyyə sistemində bütün sahələr üzrə xidmət keyfiyyətinin artırılması, tibbi nəticələrin yaxşılaşdırılmasında maraqlıdır.

NDPP İctimai Birliyinin sədri Sevinc Zamanova nutrisiologiyanın əhəmiyyəti və sağlam qidalanmanın rolundan bəhs edib, bu sahənin inkişaf perspektivləri, ictimai sağlamlıq və preventiv tədbirlər sahəsində təkmilləşdirmə imkanlarından danışıb.  

Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev piylənmənin müasir dövrdə ən geniş yayılmış qeyri-infeksion xəstəliklərdən biri olduğunu qeyd edib. O, həmçinin bildirib ki,  piylənmənin mental sağlamlıq üzərində də ciddi təsirləri var.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin Monitorinq şöbəsinin müdiri Bəyalı Məmmədov isə bu cür tədbirlərin həm də gələcək  həkimlərin praktiki bacarıqlarına mühüm töhfə verəcəyini qeyd edib.

AQTA nümayəndəsi Validə Sadıxova ölkədə qida təhlükəsizliyi sahəsində aparılan dövlət nəzarətindən və bu istiqamətdəki nailiyyətlərdən bəhs edib. O, ölkə rəhbərliyinin bu sahəyə verdiyi xüsusi diqqətin əhəmiyyətini xüsusi vurğulayıb.

ÜST-nin Azərbaycan nümayəndəliyindən Elturan İsmayılov isə qeyri-infeksion xəstəliklərin artması tendensiyasını qeyd edərək, son sorğuların nəticələrinə toxunub. O, ölkə üzrə böyüklərin 26.5 faizinin piylənmə, 59.3 faizinin isə artıq çəki problemi ilə üzləşdiyini bildirib.

Sonda Azərbaycan Tibb Tələbələrinin İnnovativ Birliyinin həmtəsisçisi Məhəmməd Şükürov çıxış edərək tədbirin təşkil olunmasında dəstək olan, forumda iştirak edən dövlət rəsmilərinə, eyni zamanda bu işdə əməyi keçən tələbələrə minnətdarlığını bildirib.

Tədbir çərçivəsində nutrisiologiya, cərrahiyyə, terapevtik və psixoloji sahələri əhatə edən 4 fərqli panel təşkil olunub və bu panellərdə tanınmış mütəxəssislər tərəfindən geniş, elmi əsaslandırılmış məruzələr təqdim edilib.

Ümumilikdə 300-ə yaxın tibb tələbəsi və həkimlərin iştirak etdiyi konfransda həkim-nutrisioloq Emil Hidayətli, Azərbaycan Tibb Universitetinin dosenti PhD.Əfsanə Məmmədova, həkim-diyetoloq Tutu Zeynalova, həkim-qastroenteroloq, DNT diyetoloq Nərmin Novruzova, həkim-pediatr Gülsüm Hüseynova, nutrisioloq Züleyxa Bədəlova, həkim-mama-ginekoloq Şəlalə Məmmədova, ümumi cərrahiyyə uzmanı, onkoloq Mahmud Mahmudov, Yeni Klinikanın direktoru, həkim-nefroloq Barat Yusubov, qastroentoroloq-hepatoloq PhD.Gülnarə Ağayeva, həkim-kardioloq PhD. Yasmin Rüstəmova, uzman onkoloq Nicat Xanməmmədli, həkim-endokrinoloq, diyetoloq Mədinə Dilbazi, psixoloq Şəlalə İbrahimova, psixiatr-psixoterapevt Elmir Təhməzov və karyera kouçu Anar Məmmədov çıxış ediblər.

Sağlam həyat tərzinin, düzgün qidalanmanın və nutrisiologiyanın əhəmiyyətinin təbliğ və təşviqi olunduğu forum sual-cavab sessiyası ilə yekunlaşıb.

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader