TƏBİB, Azərbaycan Tibb Universiteti və Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun təşkilatçılığı ilə Yeni Klinikada “İxtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsinə müasir yanaşma” mövzusunda master-klas keçirilib.
Tədbirin əsas məqsədi bullyoz epidermoliz xəstəliyinin müalicəsinə müasir yanaşmaların, bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi və xəstəliyin müalicəsində müasir metodlarının icrası zamanı “Filsuvez” preparatının tətbiqi barədə tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsindən ibarət olub.
Tədbirdə açılış nitqi ilə çıxış edən TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov göstərilən tibbi xidmətin keyfiyyətini artırmaq məqsədilə müvafiq sahə üzrə həkim-mütəxəssislərin bilik və bacarıqlarının artırılmasının daim diqqətdə saxlanıldığını vurğulayıb.
A. İsrafilov qeyd edib ki, “2025-ci ilin aprel ayında Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinin bir qrup həkim və orta tibb işçilərinin Özbəkistan Respublikasının Daşkənd şəhərində yerləşən Genodermatozlar Mərkəzinə təcrübə mübadiləsi məqsədilə səfəri həyata keçirilib.”
Master-klasda Respublika Dəri-Zöhrəvi Dispanseri, Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan 1 saylı Uşaq Dəri-Zöhrəvi Dispanserinin, eləcə də müvafiq xidmət göstərən digər tibb müəssisələrində fəaliyyət göstərən dermatoloq, pediatr, neonatoloq və başqa ixtisaslardan olan tibb işçiləri iştirak edib.
İxtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsinə müasir yanaşma mövzusunda master-klas bullyoz epidermoliz üzrə ekspert Dr. Mauricio Torres Pradillanın çıxışı ilə davam edib.
Qeyd edək ki, “2023-2027-ci illər üzrə ixtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsinə və profilaktikasına dair Tədbirlər Proqramı”nın icrasının təmin olunması ilə bağlı ixtioz və bullyoz epidermolizdən əziyyət çəkən şəxslərin aşkarlanması, xəstəliklərin profilaktikası və müalicəsi üzrə müvafiq tibb müəssisələrində çalışan tibb işçilərinin peşə bilik və bacarıqlarının artırılması məqsədilə təlimlərə cəlb olunması, tibb işçilərinin beynəlxalq ekspertlər tərəfindən təşkil olunmuş müxtəlif tədbirlərdə, konfrans və simpoziumlarda iştirakının təmin edilməsi kimi məsələlər xüsusi diqqətdə saxlanılır.
İxtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsinə müasir yanaşma mövzusunda master-klas keçirilib
Digər xəbərlər
Bakıda “Azərbaycan əczaçılıq sənayesi: Dünən, bu gün və sabah” adlı beynəlxalq tədbir keçirilib
05.05.2025
Pirallahı Tibb Mərkəzinə media-tur təşkil olunub
02.05.2025
Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və TƏBİB-in birgə məlumatı
21.04.2025
Bərdə və Yevlax rayonlarında keçirilən “İmmunizasiya həftəsi” çərçivəsində 900-dən çox uşaq peyvəndə cəlb olunub
08.05.2025
Azərbaycan Tibb Tələbələrinin Multidisiplinar Nutrisiologiya Forumu keçirilib
08.05.2025
Vaxtından əvvəl doğulan və 14 gün küvəz rejimində tənəffüs dəstəyi alan üçəmlərin həyatı xilas olunub
08.05.2025
Bərdə və Yevlax rayonlarında keçirilən “İmmunizasiya həftəsi” çərçivəsində 900-dən çox uşaq peyvəndə cəlb olunub
07.05.2025
İxtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsinə müasir yanaşma mövzusunda master-klas keçirilib
07.05.2025
Yeni Klinikada I Autizm Maarifləndirmə Forumu keçirilib
07.05.2025
TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyətləri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında işgüzar səfərdə olub
06.05.2025