TƏBİB-in tabeli tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərin çeşidinin və keyfiyyətinin artırılması, o cümlədən infrastrukturunun müasirləşdirilməsi və tibdə dəyəri yüksək olan cərrahi əməliyyatların icrası istiqamətində tədbirlər davam etdirilir.
Görülən işlərin nəticəsi olaraq, dövlət tibb müəssisəsində daha bir unikal cərrahi əməliyyatın icrasına başlanılıb. İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində dövlət tibb müəssisələri arasında ilk dəfə Yeni Klinikada canlıdan-canlıya qaraciyər transplantasiyası əməliyyatı icra olunub.
Dəyəri kifayət qədər yüksək olan qaraciyər transplantasiyası zamanı 26 yaşlı qadına 30 yaşlı qardaşından qaraciyər köçürülüb. Əməliyyat tibb müəssisənin direktor müavini, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri Eldar Əhmədovun rəhbərliyi, eyni zamanda ümumi cərrahlar Ceyhun İsayev, Lalə İsmayılova, ümumi cərrah Günay Allahverdiyeva, ürək-damar cərrahları Mətin Hadizadə, Elgin Hacızadə, anestezioloq Mayıl Sədiyev, transplantasiya üzrə koordinator həkim İntizar Məmmədovanın iştirakı ilə uğurla icra olunub.
Əməliyyatdan sonra resipiyent və donorun vəziyyəti qənaətbəxş qiymətləndirilib. Hər ikisinin bir neçə gün sonra ambulator müalicə üçün evə buraxılması planlaşdırılır.
Cərrahiyyədə ən mürəkkəb müdaxilələrdən biri hesab edilən qaraciyər transplantasiyası yüksək səviyyəli təcrübə tələb edən bir prosedurdur. Uğurlu nəticə üçün xəstənin dəqiq qiymətləndirilməsi, uyğun donor seçilməsi, cərrahiyyənin düzgün aparılması, reanimasiya dəstəyi və əməliyyatdan sonrakı təqib olduqca vacib hesab olunur.
Məlumat üçün bildirək ki, 2 ay əvvəl Yeni Klinikada canlıdan-canlıya böyrək transplantasiyası da icra olunmuş və əməliyyat uğurla başa çatmışdır. Hazırda tibb müəssisəsində hər iki əməliyyatın icrası üçün bütün imkanlar mövcuddur.
Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilib. Qərara əsasən, 2024-cü ildən “Yeni Klinika” Publik Hüquqi Şəxs (qaraciyər, böyrəklər) bu siyahıya əlavə edilib.
Yeni Klinikada canlıdan-canlıya qaraciyər transplantasiyasının icrasına başlanılıb
Digər xəbərlər
Bakıda “Azərbaycan əczaçılıq sənayesi: Dünən, bu gün və sabah” adlı beynəlxalq tədbir keçirilib
05.05.2025
Pirallahı Tibb Mərkəzinə media-tur təşkil olunub
02.05.2025
Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və TƏBİB-in birgə məlumatı
21.04.2025
Bərdə və Yevlax rayonlarında keçirilən “İmmunizasiya həftəsi” çərçivəsində 900-dən çox uşaq peyvəndə cəlb olunub
08.05.2025
Azərbaycan Tibb Tələbələrinin Multidisiplinar Nutrisiologiya Forumu keçirilib
08.05.2025
Vaxtından əvvəl doğulan və 14 gün küvəz rejimində tənəffüs dəstəyi alan üçəmlərin həyatı xilas olunub
08.05.2025
Bərdə və Yevlax rayonlarında keçirilən “İmmunizasiya həftəsi” çərçivəsində 900-dən çox uşaq peyvəndə cəlb olunub
07.05.2025
İxtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsinə müasir yanaşma mövzusunda master-klas keçirilib
07.05.2025
Yeni Klinikada I Autizm Maarifləndirmə Forumu keçirilib
07.05.2025
TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyətləri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında işgüzar səfərdə olub
06.05.2025