Tibb müəssisələrində göz xəstəliklərinin müayinə və müalicəsinin inkişaf etdirilməsi istiqamətində tədbirlərin görülməsi davam etdirilir.
Göygöl Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə gözdə, əsasən, şəkərli diabet xəstəliyi ilə əlaqəli yaranan problemlərin müalicəsində istifadə edilən Avastin inyeksiyası icra olunub.
Avastin inyeksiyası, xüsusilə diabetik retinopatiya, yaşa bağlı makula degenerasiyası və retinal damar patologiyalarının müalicəsində geniş tətbiq olunan effektiv terapiya üsuludur. Bu müalicə metodu torlu qişada patoloji damarların proliferasiyasını və ekstravazasiya nəticəsində yaranan ödəmi azaldaraq, xəstələrin görmə funksiyasının qorunmasına və vizual reabilitasiyasına mühüm töhfə verir.
Qeyd edək ki, Göygöl Rayon Mərkəzi Xəstəxanasında Göz xəstəlikləri bölməsi fəaliyyət göstərir. TƏBİB tərəfindən bölmə müasir tibbi avadanlıqlarla, zəruri preparat və dərman vasitələrilə təchiz olunub. Bölmədə katarakta, xalazion, oteriqium, göz qapağında plastik əməliyyatlar, qapağın xaricə doğru qatlanması, gözdə müxtəlif travmalar, gözdən yad cisimlərin çıxarılması və d. əməliyyatlar icra edilməkdədir.
Əlavə edək ki, Göygöl Rayon Mərkəzi Xəstəxanası da daxil olmaqla, TƏBİB-in bütün tabeli tibb müəssisələrində icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilən göz xəstəliklərinin müayinə və müalicəsi ödənişsiz qarşılanır.
Göygöl Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə Avastin inyeksiyası icra olunub
Digər xəbərlər
TƏBİB-də vərəm əleyhinə mübarizə tədbirləri müzakirə olunub
22.04.2025
Göygöl Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə Avastin inyeksiyası icra olunub
30.04.2025
Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və TƏBİB-in birgə məlumatı
21.04.2025
Gəncədə 400-dən çox qadın süd vəzi xərçəngi ilə əlaqəli tibbi müayinələrə cəlb olunub
30.04.2025
Qobustan Rayon Mərkəzi Xəstəxanasında laporoskopik öd kisəsi əməliyyatlarına başlanılıb
29.04.2025
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurası, Ağsaqqallar Şurası, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə görkəmli oftalmoloq, alim, tanınmış səhiyyə təşkilatçısı, nüfuzlu ictimai xadim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr edilmiş tibbi humanitar aksiya keçirilib.
29.04.2025
Alman-Azərbaycan Tibb İşçiləri Birliyinin təşkilatçılığı ilə Berlində Azərbaycanlı Həkimlərin Qurultayı keçirilib
28.04.2025
“Yanıq yaralarının müalicəsi” mövzusunda təlimə start verilib
28.04.2025
Ötən gün keçirilən imtahanlarda təcili tibbi yardım xidməti yüksək səviyyədə təşkil olunub
28.04.2025
MRT və KT müayinələri üçün yeni ödəmə qaydası tətbiq olunacaq
25.04.2025