TƏBİB-in təşkilatçılığı, PAŞA Holding, PAŞA Sığorta, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf “Strategiyası”nda nəzərdə tutulmuş onkoloji xəstəliklərin erkən mərhələdə aşkarlanmasına dair tədbirlər planına əsasən “Süd vəzi xərçənginə sinə gəririk” layihəsi keçirilib.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində A.Səhhət adına xəstəxanada həyata keçirilən “Süd vəzi xərçənginə sinə gəririk” layihəsi çərçivəsində 25-65 yaş qrupuna daxil olan, ümumilikdə 400-dən çox qadın ödənişsiz həkim-onkoloq, süd vəzinin ultrasəs müayinəsi və səyyar mammoqrafiya müayinələrindən yararlanıb.
Layihə çərçivəsində qadınlar arasında süd vəzi xərçəngi ilə mübarizə üsulları barədə maarifləndirmə işi aparılıb. Süd vəzi xərçənginin müalicəsində erkən diaqnozun önəmli olduğu insanların diqqətinə çatdırılıb.
Qeyd edək ki, layihənin ilk mərhələsi işğaldan azad edilmiş ərazilərdə - Füzuli şəhəri və Zəngilan rayonunun Ağalı kəndinin sakinləri üçün həyata keçirilib.
Gəncədə 400-dən çox qadın süd vəzi xərçəngi ilə əlaqəli tibbi müayinələrə cəlb olunub
Digər xəbərlər
TƏBİB-də vərəm əleyhinə mübarizə tədbirləri müzakirə olunub
22.04.2025
Göygöl Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə Avastin inyeksiyası icra olunub
30.04.2025
Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və TƏBİB-in birgə məlumatı
21.04.2025
Gəncədə 400-dən çox qadın süd vəzi xərçəngi ilə əlaqəli tibbi müayinələrə cəlb olunub
30.04.2025
Qobustan Rayon Mərkəzi Xəstəxanasında laporoskopik öd kisəsi əməliyyatlarına başlanılıb
29.04.2025
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurası, Ağsaqqallar Şurası, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə görkəmli oftalmoloq, alim, tanınmış səhiyyə təşkilatçısı, nüfuzlu ictimai xadim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr edilmiş tibbi humanitar aksiya keçirilib.
29.04.2025
Alman-Azərbaycan Tibb İşçiləri Birliyinin təşkilatçılığı ilə Berlində Azərbaycanlı Həkimlərin Qurultayı keçirilib
28.04.2025
“Yanıq yaralarının müalicəsi” mövzusunda təlimə start verilib
28.04.2025
Ötən gün keçirilən imtahanlarda təcili tibbi yardım xidməti yüksək səviyyədə təşkil olunub
28.04.2025
MRT və KT müayinələri üçün yeni ödəmə qaydası tətbiq olunacaq
25.04.2025