banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Cəbrayılda 60-a yaxın uşaq icbari dispanserizasiyaya cəlb olunub

loader

TƏBİB-in “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı” çərçivəsində həyata keçirdiyi tədbirlər davam etdirilir.

Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının tibb heyəti tərəfindən Şükürbəyli kənd həkim məntəqəsində 60-a yaxın uşağın ilkin tibbi müayinəsi aparılıb.

Müayinələr zamanı sağlamlıq vəziyyəti qiymətləndirilən uşaqlardan xəstəlik aşkarlananların valideynlərinə və məktəb rəhbərliyinə məlumat verilib. Həmin uşaqlara əlavə müayinələrdən keçmək və müvafiq müalicəyə başlamaq tövsiyə olunub.

Qeyd edək ki, icbari dispanserizasiyanın əsas məqsədi uşaqlar arasında xəstəliklərin erkən aşkarlanması, sağlamlıqlarının qorunması və xəstəliklərin qarşısının alınmasıdır.

loader
loader
loader
loader
loader