Qarabağın bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində işğaldan azad olunmuş ərazilərə köçürülən sakinlərin sosial və tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi diqqət mərkəzində saxlanılır.
Bu istiqamətdə Ağdərə rayonunun Həsənriz kəndinə köçürülən sakinlərin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, xəstəliklərin erkən aşkarlanması və tibbi xidmətlərin yerində göstərilməsi məqsədilə səyyar tibbi xidmət təşkil olunub.
Səyyar tibbi xidmət Tərtər Rayon Mərkəzi Xəstəxanasının həkim heyəti tərəfindən aparılıb. Terapevt, cərrah, pediatr, ginekoloq tərəfindən aparılan müayinələr, həmçinin USM və laborator müayinələr vasitəsilə ümumilikdə 20 nəfərə zəruri tibbi xidmətlər göstərilib.
