banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

8 ölkədən olan əcnəbi tələbələr Yeni Klinikada təcrübə keçiblər

loader

Yeni Klinika ilə Həkimlər və TƏBİB Tələbələr İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən "Xarici Tələbələrin Tibbi Təcrübə Proqramı" başa çatıb. 

Proqram çərçivəsində Türkiyə, Rusiya, İsveç, Belçika, Slovakiya, Qazaxıstan, Əlcəzair və İraqdan ölkəmizə gələn 14 əcnəbi tibb tələbəsi bir ay müddətində Yeni Klinikada praktik təcrübə keçib. 

Təcrübə proqramı çərçivəsində iştirakçılar klinikanın Cərrahiyyə və transplantasiya, Ürək-damar, Reproduktiv sağlamlıq və ailə planlaması, Somatika və STROK mərkəzlərinin tərkibində fəaliyyət göstərən şöbə və bölmələrdə praktiki bilik və bacarıqlarını inkişaf etdirmək imkanı əldə ediblər. 

Tələbələr yüksək ixtisaslı həkim-mütəxəssislərin rəhbərliyi altında cərrahi əməliyyatların, diaqnostik müayinələrin və gündəlik klinik fəaliyyətin gedişini yaxından izləyərək praktiki proseslərdə iştirak ediblər. 

Bir ay davam edən proqramın sonunda iştirakçılar sertifikatla təltif olunublar. 

Qeyd edək ki, "Xarici Tələbələrin Tibbi Təcrübə Proqramı" müxtəlif ölkələrdən olan gənc tibb mütəxəssislərinin peşəkar inkişafına dəstək göstərilməsi, beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi və Azərbaycan səhiyyəsinin müasir imkanlarının xarici tələbələrə tanıdılması məqsədilə həyata keçirilir.

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader