banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Regionlara 25 yeni ambulans və reanimobil təhvil verilib

loader

 

Təcili tibbi yardım xidmətinin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə 25 ambulans bölgələrə göndərilib.


Ağdaş, Abşeron, Lənkəran, Cəlilabad, Sumqayıt, Gəncə, Astara, Göyçay, Sabirabad, Saatlı, Zaqatala, Bərdə, Samux, Biləsuvar, Qax, Şirvan, Masallı, Qusar, Beyləqan, Şəki, Neftçala rayon və şəhərlərinin Təcili tibbi yardım bölmələrinə yeni ambulans və reanimobillər təhvil verilib.
 

Avtomobillərdə monitorlu defibrilyator, elektrokardioqraf (EKQ), pulsoksimetr, qlükometr, böyüklər və uşaqlar üçün AMBU dəstləri, portativ və stasionar oksigen sistemləri, mexaniki və elektrik aspiratorlar, vakuum xərək, onurğa taxtası, boyun və hava şinaları, larinqoskop, ilk yardım çantası və digər zəruri tibbi avadanlıqlar yerləşdirilib.
 

İtaliya istehsalı olan İVECO markalı ambulanslar texniki spesifikasiyasına görə sadə differensiallı standart və reanimobil təcili tibbi yardım avtomobilləridir.
 

Təcili tibbi yardım xidmətinə əlçatanlığı tələb olunan səviyyədə təmin etmək, xidmətin keyfiyyətini artırmaq, resurslardan effektiv və səmərəli istifadə etmək məqsədilə ambulans parkının bütün ölkə üzrə yenilənməsi nəzərdə tutulur.


Həyata keçirilən islahatlar çağırışlara çatma müddətinin əhəmiyyətli dərəcədə azaldılmasını və vətəndaşlara göstərilən tibbi yardımın keyfiyyətinin daha da yaxşılaşdırılmasını hədəfləyir

 

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader