banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

TƏBİB Strateji inkişaf departamentinin Layihələrin idarəolunması şöbəsinə Böyük məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir

locationIconŞəhər
Bakı
timeIconSon müraciət
11.05.2025

Görəcəyiniz işlər:

  • Layihənin müvafiq qaydalara, standartlara və təlimatlara uyğunluğunu yoxlamaqc
  • Layihələrin icrası zamanı yaranan problemləri və gecikmələrin səbəblərini müəyyən etmək, həll yolları ilə bağlı təkliflər vermək
  • Cədvəllər, mərhələlər və resurs bölgüsü daxil olmaqla ətraflı layihə planı hazırlamaq
  • Potensial layihə risklərini müəyyən etmək və risklərin azaldılması üçün strategiyalar hazırlamaq
  • Problemləri həll etmək və layihənin pozulmasını minimuma endirmək üçün qabaqlayıcı tədbirlər həyata keçirmək
  • Layihələrdə resursların istifadəsinə nəzarət etmək və lazım olduqda tənzimləmək
  • Layihənin gedişatını və performansını davamlı olaraq izləmək
  • Layihənin sponsorlarına və maraqlı tərəflərə müntəzəm status hesabatlarını hazırlamaq və çatdırmaq
  • Müvəffəqiyyətləri, çətinlikləri və təkmilləşdirilməli sahələri müəyyən etmək üçün layihədən sonra nəzərdən keçirmək
  • Səhiyyə sahəsindəki layihələrin strateji istiqamətlərini müəyyən etmək üçün maraqlı tərəflərlə sıx əməkdaşlıq etmək
  • TƏBİB-in strateji planına uyğun olaraq digər struktur bölmələrlə koordinasiyalı şəkildə fəaliyyət göstərmək
  • Təşkilatın missiyası və məqsədlərinə uyğun gələn layihələr üçün vizyon və uzunmüddətli hədəflər hazırlamaq
  • Səhiyyə layihələri ilə bağlı potensial riskləri müəyyən etmək və onları azaltmaq üçün strategiyalar hazırlamaq
  • Gözlənilməz problemləri həll etmək üçün fövqəladə hallar planları hazırlamaq
  • İnkişaf etməkdə olan texnologiyalar və səhiyyə innovasiyalarından xəbərdar olmaq

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil – tibbi, idarəetmə və iqtisadiyyat
  • Sahə üzrə 5 il iş təcrübəsi
  • Layihə rəhbəri kimi 2 il iş təcrübəsi
  • Dil bilikləri: Rus və İngilis dili (arzuolunandır)
  • Kompüter bilikləri: Microsoft Office – sərbəst
  • Tələb olunan sertifikatlar – PMI sertifikatı (arzuolunandır)
  • Komandada işləmə bacarığı
  • Kommunikasiya
  • Layihələrin idarə olunması üzrə beynəlxalq standartları bilmə və tətbiq etmə
  • Məsuliyyətlilik
  • Təşəbbüskarlıq
  • Nizam – intizamlılıq
  • Analitik düşüncə
  • Nəticəyönümlülük
  • Təşkilatçılıq bacarıqları

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi
  • İş vaxtı: 09:00 – 18:00

Müraciət qaydası

  • CV vacancy@tabib.gov.az ünvanına göndərilməlidir
  • Mövzu sətrində “Layihələrin idarəolunması şöbəsi – Böyük məsləhətçi” qeyd olunmalıdır
  • Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.