TƏBİB “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Sumqayıt Tibb Mərkəzi, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, habelə Kürdəmir və Beyləqan rayon mərkəzi xəstəxanalarının tibb heyəti tərəfindən “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”na uyğun olaraq uşaqların ilkin müayinələri həyata keçirilir.
Sumqayıt şəhərində yerləşən 2, 6, 8, 13, 21, 22, 26, 27, 29 nömrəli tam orta məktəblərdə, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan poliklinikalarda, Kürdəmir rayonunun Xırdapay kəndində 2 tam orta məktəbdə və 1 körpələr evi-uşaq bağçasında, Beyləqan rayonu Yuxarı Aran kənd tam orta məktəbində baş tutan müayinələr zamanı həkim-pediatr, həkim-nevroloq, həkim-oftalmoloq, həkim-otorinolarinqoloq, həkim-cərrah və s. ixtisaslı mütəxəssislər tərəfindən uşaqlar icbari dispanserizasiya çərçivəsində müayinə olunublar.
Uşaqların icbari dispanserizasiyası çərçivəsində bu şəhər və rayonlarda yalnız bir gün ərzində 1200-dən çox uşaq ilkin müayinələrə cəlb olunub. Xəstəlik aşkarlanan uşaqlarla bağlı məlumatlar həm məktəb rəhbərliyinə, həm də valideynlərə təqdim edilib. Həmin şagirdlərin qısa zamanda ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinə müraciət edərək geniştərkibli müayinələrdən keçməsi və aşkarlanan xəstəliklərin müalicəsinə başlanması tövsiyə olunub.
Qeyd edək ki, uşaqların icbari dispanserizasiyası Azərbaycan Respublikasının Prezidentinin 5 mart 2013-cü il Fərmanına uyğun olaraq davam etdirilir.
İcbari dispanserizasiyasının əsas məqsədi uşaqlar, o cümlədən məktəblilər arasında xəstələnmə, sağlamlıq imkanlarının məhdudluğunun və ölüm səviyyəsinin azaldılmasıdır.
İcbari dispanserizasiya zamanı uşaqlara illik profilaktik baxış həyata keçirilir. İcbari dispanserizasiya çərçivəsində uşaqlar hər il bir və ya bir neçə ixtisas üzrə mütəxəssislər (pediatr, stomatoloq, nevroloq, cərrah, endokrinoloq, uroloq, oftalmoloq, otorinolarinqoloq, dermatoloq və digər mütəxəssislər) tərəfindən diaqnostik və laborator müayinələrə cəlb edilir. Proses il ərzində mütəmadi şəkildə aparılır.
Uşaqların icbari dispanserizasiyası çərçivəsində bu şəhər və rayonlarda gün ərzində 1200-dən çox uşaq ilkin müayinələrə cəlb olunub
Digər xəbərlər
Tibb müəssisələrində infeksiyalara epidemioloji nəzarət gücləndirilir
02.10.2026
TƏBİB-in nümayəndələri Özbəkistanda keçirilən “IX Ftiziatrlar və Pulmonoloqlar Konqresi”ndə iştirak edib
02.10.2026
TƏBİB-in nümayəndə heyəti və ABŞ-nin “AIdMD Technologies” şirkəti arasında görüş keçirilib
29.09.2026
Respublika Klinik Xəstəxanasında 91 yaşlı qadın uğurla əməliyyat olunub
01.10.2026
Yeni Klinikanın ilk robotik total qastrektomiya təcrübəsi beynəlxalq konqresdə təqdim olunub
01.10.2026
TƏBİB-in mütəxəssisləri ABŞ-də robotik reabilitasiya üzrə təlimdə iştirak edib
29.09.2026
Kəlbəcər rayonunda səyyar tibbi xidmət təşkil olunub
28.09.2026
Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub
28.09.2026
Anar Bayramov Xocavənd rayonunda vətəndaşları qəbul edib
25.09.2026
Daun sindromlu azyaşlı həkimlərin operativ müdaxiləsi sayəsində həyata qaytarılıb
25.09.2026
