banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

TƏBİB üçün region xəstəxanalarının inkişafı prioritetdir

loader

TƏBİB ölkəmizdə tibbi xidmətin müasir standartlar səviyyəsinə yüksəldilməsi, xidmət əlçatanlığının təmin edilməsi, tibb müəssisələrinin fəaliyyətinin modernləşdirilməsi və optimallaşdırılması istiqamətində davamlı intensiv işlər görür.

Şirvan Şəhər Mərkəzi Xəstəxanasının nəzdində ötən ilin oktyabrında fəaliyyətə başlayan İnvaziv kardiologiya və Ürək cərrahiyyəsi şöbələrinə müraciət edən vətəndaşların sayı artıb.

Fəaliyyətə başladığı gündən indiyədək xəstəxananın İnvaziv kardiologiya şöbəsinə 670-dən çox pasiyent qəbul olunub.

Onlardan 300 nəfərə PTCA icra edilib, həmçinin stent implantasiyası həyata keçirilib. 200-dən çox xəstə kəskin miokard infarktı, kardiogen şok vəziyyətində ölkənin müxtəlif bölgələrindən TTY vasitəsilə təxliyə olunub və əməliyyat edilib.

Tibb müəssisəsinin Ürək cərrahiyyəsi şöbəsinə isə bu dövr ərzində ümumilikdə 19 pasiyentin stasionar qəbulu həyata keçirilib. Həmin xəstələrə aorta koronar şuntlama əməliyyatı icra olunub.

Qeyd edək ki, 2023-cü ilin oktyabrın 19-da açılışı olan Ürək Mərkəzində xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində icra olunur.

loader
loader
loader
loader
loader
loader