banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

“Sosial məsələlərin, həmçinin məişət zorakılığı və erkən nikah kimi həssas mövzuların mediada düzgün işıqlandırılması” müzakirə olunub

loader

 

Mayın 3-də Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilib.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra Ulu Öndər Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin deputatı, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova məzmunlu nitqlə çıxış ediblər. 

Forum işini panel sessiyalarla davam etdirib.

“Sosial məsələlərin, həmçinin məişət zorakılığı və erkən nikah kimi həssas mövzuların mediada düzgün işıqlandırılması” adlı panel sessiyada  TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova da çıxış edib.

Z.Ədilova bildirib ki, reytinq auditoriyanın oxuduğu və ya izlədiyi məlumatlara emosional yanaşma üzərində qurulan sistemdir. Buna görə də peşə etikası normalarına, müvafiq sahə üzrə qanunvericiliyin tələblərinə əməl olunmalıdır. 
“Bu tələblər arasında şəxsi və ailə həyatına aid sirlərin mühafizəsi və başqa vacib məqamlar vurğulanıb.  TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə də tez-tez media nümayəndələri tərəfindən sosial məsələlər, həmçinin məişət zorakılığı, eləcə də erkən nikah nəticəsində doğuş halları baş verdiyi təqdirdə sorğular daxil olur. Tərəfimizdən hər zaman konfidensiallığın qorunmasına xüsusi diqqətlə yanaşılır”. 
Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədovanın moderatorluğu ilə  sessiyada Azərbaycan Respublikası insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) müşaviri Rəşad Novruzov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov mövzu ilə bağlı fikirlərini səsləndiriblər. Bildirilib ki, sosial şəbəkələrdə etikaya, əxlaqa zidd paylaşımlar, internetdə və mətbuatda yayımlanan bəzi video və filmlər, televiziya verilişləri yeniyetmələrin düşüncəsinə, dünyagörüşünə mənfi təsir göstərir. Belə hallar yeniyetmələri təhsildən yayındırmaqla yanaşı, onları başqa zərərli sahələrə meylli edir, bir çox hallarda aqressiv davranmalarına və nəticə etibarilə qanunazidd hərəkətlərə yol vermələrinə səbəb olur. Diqqətə çatdırılıb ki, media nümayəndələri uşaqlar arasında yayılması qadağan olunmuş informasiyaların dərc edilməsində məsuliyyətli olmalıdırlar.

loader
loader
loader
loader