banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Abşeron Rayon Mərkəzi Xəstəxanasında Ulu Öndər Heydər Əliyevin büstünün açılış mərasimi və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib

loader

Aksiyada İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və sədr müavini Nigar Bayramova, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov və qurumların digər əməkdaşları iştirak ediblər.

Tədbir Ulu Öndər Heydər Əliyevin büstünün açılış mərasimi ilə başlayıb.

İlk olaraq Ümummilli Liderin əziz xatirəsi yad edilib və büstün önünə güllər düzülüb.

Daha sonra Abşeron Rayon Mərkəzi Xəstəxanasının inzibati ərazisində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 100 ədəd ağac əkilib.

Qeyd edək ki, ağacəkmə aksiyası agentliyin rəhbərliyinin təşəbbüsü ilə ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, ağacəkmə işini ümummilli hədəflərimizdən birinə çevirmək, ətraf mühitin mühafizəsinə və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək, həmçinin tibb müəssisələrinin həyətyanı sahəsində yaşıllaşdırma işlərinin aparılması və agentlikdən xatirə olaraq kiçik bir bağçanın yaradılması məqsədilə həyata keçirilir.

 

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader