banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

"Project Experience Day 2024" - Azərbaycan layihə menecerlərinin təcrübə mübadiləsi görüşü keçirilib

loader

27 aprel tarixində Azərbaycanın ən böyük dövlət və özəl sektor müəssisələrinin peşəkarlarının bir araya toplaşaraq öz təcrübələrini, layihə idarəetməsinin müasir tendensiyalara uyğunlaşması haqqında yanaşmalarını bölüşdüyü tədbir Layihələrin İdarə Edilməsi üzrə Azərbaycan Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.

Tədbirdə TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov açılış nitqi söyləyib, tədbirin Azərbaycanda layihə idarəetməsi mühitinə faydasından və TƏBİB-in səhiyyə sahəsində gördüyü işlərdən, uğurlardan bəhs edib.

Daha sonra tədbirin spikerlərindən biri olan, TƏBİB-in Layihələrin idarə olunması şöbəsinin müdiri Fəqan Həsənzadə "Səhiyyə sahəsində layihələrin idarə edilməsi - Milli prioritetlərin yeni reallıqlara çevrilməsi" mövzusunda çıxış edib.

Çıxış zamanı TƏBİB-in səhiyyə sahəsində layihə idarəetməsi dəst-xətti, yanaşması ilə bağlı təcrübələr bölüşülüb və qurumun gördüyü işlərin, strateji baxışının ölkə səhiyyəsinə verdiyi faydalardan bəhs edilib.

 

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader