banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

TƏBİB-in dəstəyi ilə Ümumdünya Böyrək Gününə həsr olunan “Urologiya və Nefrologiya Elmi Toplantısı” keçirilib

loader

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, TƏBİB-in  və Azərbaycan Nefroloqlar Cəmiyyətinin dəstəyi ilə Respublika Kliniki Uroloji Xəstəxanasında Ümumdünya Böyrək Gününə həsr olunan “Urologiya və Nefrologiya Elmi Toplantısı” keçirilib.

Elmi tədbirin keçirilməsində əsas məqsəd böyrək və sidik yolları xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsində müasir yanaşmaların müzakirəsi, urologiya və nefrologiya sahələrində çalışan mütəxəssislər arasında elmi əməkdaşlığın gücləndirilməsi, həmçinin bu sahədə bilik və təcrübə mübadiləsinin təşviqi olub.

Tədbiri giriş sözü ilə Respublika Kliniki Uroloji Xəstəxanasının direktoru Pərviz Hacıyev açıb. Daha sonra Azərbaycan Nefrologiya Cəmiyyətinin sədri Elnur Fərəcov çıxış edərək Ümumdünya Böyrək Gününün böyrək sağlamlığı sahəsində maarifləndirmənin artırılması və erkən diaqnostikanın təşviqi baxımından mühüm rolunu vurğulayıb.

Elmi toplantı iki panel üzrə davam edib.

Birinci panel “Böyrək daşı xəstəliyi: uro-nefroloji yanaşma” mövzusuna həsr olunub. Panelin moderatorları Elçin Mustafayev, Elnur Fərəcov və Fuad Sərdarlı olub. Panel çərçivəsində Aytən Məmmədzadə "Nefrolitiazis: etiologiya və patogenez”, Zaur Əhmədov “Genetik nefrokalsinoz və irsi daş xəstəlikləri”, Elçin Mustafayev “Perkutan nefrolitotripsiya: bizim təcrübəmiz”, Mirmənsim Məmmədov isə “Dərmanlara bağlı nefrolitiazis və nefrokalsinoz” mövzularında məruzələrlə çıxış ediblər. Panelin sonunda iştirakçıların sualları cavablandırılıb.

İkinci panel “Böyrək və sidik yolları anomaliyaları; sidik yolları infeksiyasının menecmenti” mövzusuna həsr olunub. Panelin moderatorları Pərviz Hacıyev, İlham Həmidov və Rafael Soltanov olub. Panel çərçivəsində Rafael Soltanov “Uşaqlarda nadir uroloji patologiyalar: klinikamızın təcrübəsi”, Elgün Həziyev “Təkrarlanan sidik yolları infeksiyaları: patogenez, müalicə və profilaktika”, Murad Hüseynov “Residiv sidiklik–sidik axarı reflyuksunun endoskopik korreksiyası: yeni yanaşma”, Mədinə Abdullayeva isə “Asimptomatik bakteriuriya – müalicə dilemması” mövzularında təqdimatlarla çıxış ediblər.

Qeyd edək ki, Ümumdünya Böyrək Günü hər il mart ayının ikinci həftəsinin dördüncü günü bütün dünyada qeyd olunur və bu günün keçirilməsində əsas məqsəd böyrək sağlamlığı ilə bağlı məlumatlılığın artırılması, xəstəliklərin erkən aşkarlanması və profilaktikasına diqqətin cəlb edilməsidir.

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader