Son bir ildə Yeni Klinikada canlıdan canlıya 7 böyrək transplantasiyası əməliyyatı həyata keçirilib
Yeni Klinikada böyrək transplantasiyası əməliyyatının icrasına başlanmasından 1 il ötür. Belə ki, ötən müddət ərzində icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ümumilikdə 7 böyrək transplantasiyası (canlıdan-canlıya) əməliyyatı uğurla həyata keçirilib. İcra olunan əməliyyatlardan 2-si qadın, 5-i isə kişi pasiyent üzərində icra olunub.
Hər bir cərrahi proses müasir tibbi standartlara uyğun şəkildə icra olunub. Donor əməliyyatı laporoskopik (qapalı) üsulla həyata keçirilib ki, bu daha az travma, qısa bərpa müddəti və minimal fəsad riski deməkdir. Resipiyentlərin əməliyyatı isə açıq üsulla icra olunub və əməliyyatdan sonrakı dövrdə pasiyentlər daim həkim nəzarətində saxlanılıb.
Xatırladaq ki, Yeni Klinikada ilk böyrək transplantasiyası ötən ilin mart ayında baş tutub. Xroniki böyrək çatışmazlığı diaqnozu ilə tibb müəssisəsinə müraciət edən 26 yaşlı kişi pasiyentə 59 yaşlı atasından böyrək köçürülüb.
Əlavə edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilib. Qərara əsasən, 2024-cü ildən “Yeni Klinika” Publik Hüquqi Şəxs (qaraciyər, böyrəklər) bu siyahıya əlavə edilib.
Son bir ildə Yeni Klinikada canlıdan-canlıya 7 böyrək transplantasiyası əməliyyatı həyata keçirilib
Digər xəbərlər
Leyla Əliyeva Respublika Pediatriya Mərkəzinin Nərimanov Uşaq Klinik Xəstəxanasını ziyarət edib.
04.03.2026
Xocavənd və Xocalı rayonlarına yola salınan köç karvanını təcili tibbi yardım briqadaları müşayiət edib
12.03.2026
Anar İsrafilov vətəndaşları qəbul edib
05.03.2026
TƏBİB-in dəstəyi ilə “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib
13.04.2026
Şamaxıda minimal invaziv cərrahiyyəyə həsr olunan 12-ci regional konfrans keçirilib
13.04.2026
“Mentor Klinika” layihəsi çərçivəsində bağlanmış əməkdaşlıq memorandumunun 3 aylıq fəaliyyətinin nəticələrinə həsr olunmuş hesabat iclası keçirilib
10.04.2026
TƏBİB-in İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən Anar İsrafilov qəbul qrafikinə uyğun olaraq vətəndaşları qəbul edib
09.04.2026
“Autizm spektr pozuntusu: klinik idarəetmə” vebinarı keçirilib
03.04.2026
WUF13 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşlarına ilkin tibbi yardım mövzusunda təlim keçirilib
03.04.2026
"Yenidoğulmuşlara tibbi yardım üzrə klinik protokollar" mövzusunda vebinar keçirilib
03.04.2026