banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Leyla Əliyeva Respublika Pediatriya Mərkəzinin Nərimanov Uşaq Klinik Xəstəxanasını ziyarət edib.

loader
Ziyarət zamanı Leyla Əliyeva xəstəxanada müxtəlif diaqnozlarla stasionar müalicə alan uşaqların səhhəti ilə maraqlanıb, onların müalicə prosesi və yaradılmış şəraitlə yaxından tanış olub. O, həmçinin azyaşlı pasiyentlər və onların valideynləri ilə görüşərək onlara mənəvi dəstək göstərib, uşaqlara hədiyyələr təqdim edib.
Səhiyyə naziri Teymur Musayev və TƏBİB-in İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən Anar İsrafilov Leyla Əliyevaya tibb müəssisəsinin fəaliyyəti, göstərilən ixtisaslaşmış tibbi xidmətlər və mövcud maddi-texniki baza barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Respublika Pediatriya Mərkəzinin Nərimanov Uşaq Klinik Xəstəxanası ölkədə uşaqlara endokrinologiya və allerqologiya sahələrində stasionar tibbi xidmət göstərən yeganə ixtisaslaşmış müəssisədir.
Müəssisədə müasir tibbi avadanlıqlardan istifadə olunmaqla diaqnostika və müalicə tədbirləri həyata keçirilir, pasiyentlərin sağlamlığının qorunması və bərpası istiqamətində kompleks yanaşma tətbiq olunur.
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader