banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Respublika Klinik Xəstəxanasının həkim-kardioloqunun apardığı tədqiqat nüfuzlu beynəlxalq jurnalda dərc olunub

loader

TƏBİB-in eksperti, akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkim-kardioloqu Mehriban İsgəndərin beynəlxalq tədqiqatçılarla birgə apardığı tədqiqatın yekun nəticəsi Amerika Kardiologiya Cəmiyyətinin rəsmi jurnalı olan Journal of American Cardiology College-də (JACC) dərc olunub.

Tibb dünyasında ən nüfuzlu kardioloji jurnallardan biri hesab olunan nəşrdə “Atım fraksiya azalmış ürək çatışmazlığı olan pasiyentlərdə hospitalizasiyadan sonra süni intellekt əsaslı virtual assistant ilə rəhbər tövsiyələrə əsaslanmış medikal müalicənin optimallaşdırılması” - The ASSIST-HF SIRIO adlı tədqiqatın nəticələri açıqlanıb.

Qeyd edək ki, bu tədqiqatın ilkin nəticələri ilk dəfə Avropa Kardiologiya Cəmiyyətinin 2025-ci ildə Madriddə keçirilən konqresi çərçivəsində “Late-breaking trials” adlı sessiyada təqdim olunub.